İnsanlara hürriyət, millətlərə istiqlal!

MİLLİ MƏCLİS BİR NEÇƏ QANUNU DƏYİŞDİ

1999 30.06.2009 15:53 Gündəm A A

“Media forum” saytı xəbər verir ki, “Dini etiqad azadlığı haqqında” qanunun 8-ci maddəsindəki dəyişikliyə görə, dini ibadət yerlərinə rəhbər təyinatında namizədlər müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmalıdır. 21-ci maddəyə dəyişiklikdə isə islam dininin ayin və mərasimlərini yalnız Azərbaycanda təhsil almış Azərbaycan vətəndaşlarının aparması nəzərdə tutulur.

Milli Məclis “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavə və dəyişikliklər” layihəsini də təsdiqləyib. KİV, QHT, qrant haqda qanunlara və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər 93 səs lehinə, 5 səs əleyhinə olmaqla qəbul edilib.
Səsvermədən sonra QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev bildirib ki, QHT barədə qanuna əlavələr layihəsindən qeyri-hökumət qurumlarını narahat edən bütün müddəalar çıxarılıb. A.Quliyev sənədi pozitiv dəyərləndirib.


     

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR