İnsanlara hürriyət, millətlərə istiqlal!

I Avropa Oyunlarına biletləri necə almaq olar?

1636 08.05.2015 14:30 Gündəm A A
Bakıda I Avropa Oyunlarının başlanmasına  35 gün qaldı. Artıq idman yarışlarının biletləri satışa çıxarılıb. Oyunlara tamaşaçı qismində qatılmaq istəyənlərin əsas qayğısı biletləri haradan və necə əldə etməkdir.
“Yeni Müsavat” I Avropa Oyunları yarışlarını izləmək istəyənlər üçün bilet əldə etməyin yollarını təqdim edir. 
Əvvəlcə onu qeyd edək ki, bilet olmadan heç bir yarışı izləmək mümkün deyil. Yalnız 16 yaşdan kiçik uşaqlar bəzi idman yarışlarına biletsiz buraxıla bilər. 
Bəs biletləri haradan və necə almaq olar? 
Bilet alışını baku2015.com saytının “bilet” bölməsindən onlayn əldə etmək mümkündür. Bu zaman biletin pulu  tam şəkildə kredit kartı vasitəsilə ödənilməlidir. 
Azərbaycan tamaşaçıları Visa, VisaElectron, MasterCard, Maestro, American Expresskartlarından istifadə etməklə bilet əldə edə bilərlər.
Bütün onlayn bilet alıcıları “şanslı qalib” olmaq imkanı qazana bilər və Oyunların Tərəfdaşlarından qeyri-adi hədiyyələr əldə edə bilərlər. “Şanslı qalib” lotereyası yalnız 16 yaşında və ondan yuxarı yaşda olan Azərbaycan Respublikası vətəndaşları üçün nəzərdə tutulub. 
Onlayn alınan  biletlərin biletlərin çatdırılma xidməti yoxdur. İnternet üzərindən alınan biletlər tədbirdən öncə bilet alışının təsdiqi formasını təqdim etməklə götürülməlidir. 
Onlayn bilet almaq imkanı olmayanlar isə biletləri hazırda Rəsmi Şəhər Bilet Satışı Məntəqələrindən və 12 iyundan etibarən Yarış Obyektinin Bilet Satışı Kassalarından əldə edə bilərlər. Artıq  şəhər mərkəzində yerləşən 12 Şəhər Bilet Satışı Məntəqəsi Bakı 2015 Avropa Oyunları üçün biletlərin satışına artıq başlayıb. “Yeni Müsavat” siyahını təqdim edir. 
1. Park  Bulvar Ticarət Mərkəzi-  Neftçilər prospekti
2. 28 Mall Ticarət Mərkəzi - Nəsimiqəs. Azadlıq pros. və Fizuli küç. kəsişməsi
3. Metro Park Ticarət Mərkəzi - Nərimanov qəs.,Təbriz küç. 106 A
4. Kassa - Heydər Əliyev adına Saray - Bülbül pros. 35
5. Köşk - Azərbaycan kinoteatrı - Ə.Əlizadə küç. 7
6. Köşk – Nizami küçəsi – Nizami küç. və Bülbül pros. kəsişməsi
7. Köşk – Azadlıq Meydanı – Üzeyir Hacıbəyov küç. 69
8. Kassa - ASAN XidmətYasamal - Abbas Mirzə Şərifzadə, 157
9. McDonald's – Neftçilər - Q.Qarayev pros. 59
10. McDonald's – Əhmədli- M.Hadi və Çapayev 2322
11. McDonald's – Fəvvarələr Meydanı – Nizami küç. 340
12. Tofiq Bəhramov adına Respublika Stadionu (15 maydan etibarən) -F.Xoyski pros. 98 A
Qeyd edək ki, 16 yaşından aşağı olan uşaqlar əksər yarış sessiyalarına pulsuz girmək hüququna malikdirlər. Lakin yarış obyektlərinə daxil olmaq üçün 3 apreldən etibarən hər hansı satış məntəqəsində uşaqlar üçün xüsusi pulsuz bileti əldə etmək lazımdır. Bu pulsuz biletlər Şəhər Bilet Satışı Məntəqələrindən və Yarış Obyektlərinin Kassalarindan doğum haqqında şəhadətnaməni göstərməklə əldə edilə bilər.
Yarışların keçirildiyi məkanlara gələrkən lazımi sənədləri götürməyi unutmaq olmaz: 
1. Biletin üzərində göstərilmiş tarixə uyğun yarış sessiyasında və ya tədbirdə iştirak etmək üçün bütün bilet sahibləri etibarlı bilet və foto şəkili olan şəxsiyyət vəsiqəsini təqdim etməlidir.
2. 16 yaşdan aşağı bütün uşaqlar (28.06.1999 və ya sonra doğulmuş), foto şəkili olan etibarlı şəxsiyyət vəsiqəsi və biletə sahib olan yetkin şəxslə (18+) müşayiət olunmalıdırlar. 
3. 16 yaşdan aşağı uşaqlar üçün pulsuz biletlər yalnız doğum şəhadətnaməsini təqdim etməklə əldə edilə bilər.
4. 2 yaşdan aşağı uşaqların (28.06.2013 və ya sonra doğulmuş) girişi pulsuzdur. Xüsusi oturacağa ehtiyacı olan tamaşaçılar əlillik haqqında sənədi təqdimetməklə onlar üçün nəzərdə tutulmuş yerlərə bilet ala bilərlər.

Hər bir yarış məkanında elektron bilet yoxlanışı həyata keçiriləcək. Pulsuz biletindən istifadə üçün uyğunluğu sübuta yetirə bilməyən şəxslərin girişinə icazə verilməyəcək, onlar tam qiymətli bilet əldə etmək üçün bilet satışı məntəqəsinə istiqamətləndiriləcəklər.
 Qeyd edək ki, bütün idman növləri üzrə Heydər Əliyev adına İdman Arenasında, Tofiq Bəhramov adına Respublika Stadionunda, Bakı Kristal Zalda, Milli Gimnastika Arenasında, Bakı Su İdmanı Mərkəzində və sair yerlərdə keçiriləcək yarışlara biletlər 2-5 AZN arasında dəyişir. Belə ki, istənilən idman növü üzrə seçmə mərhələnin yarışlarını izləmək 3 AZN, final mərhələnin yarışlarını izləməkisə 5 AZN-dir. B kateqoriyalı yerlərdə isə 3 AZN –lik bilet 2 AZN, 5 AZN-lik bilet 3 AZN-dir.
Ən bahalı biletlər isə milli stadionda keçirilən I Avropa Oyunlarının açılış və bağlanış mərasimlərinin biletləridir.Açılış mərasiminin biletləri A kateqoriyalı yer üçün 200 AZN, B kateqoriyalı yer üçün 100 AZN, C kateqoriyalı yer üçün 50 AZN, D kateqoriyalı yer üçün 20 AZN təşkil edir. 
Bağlanış mərasiminin biletləri isə A kateqoriyalı yer üçün100 AZN, B kateqoriyalı yer üçün 50 AZN, C kateqoriyalı yer üçün 20 AZN, D kateqoriyalı yer üçün 10 AZN təşkil edir. 

Nərgiz Liftiyeva

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR