İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni politoloq: “Kreml rayonları Azərbaycana qaytarır”

5022 30.06.2014 16:59 Gündəm A A
“Ermənistanda yaxşı anlayırlar ki, Rusiyanın istəklərinə qarşı çıxmaq olmaz”.
 
Axar.az xəbər verir ki, bu açıqlama ilə erməni politoloq Akop Badalyan çıxış edib. 

O, Putinin Azərbaycan vasitəsilə Qafqazda möhkəmlənməyə çalışdığını deyib:
 
“Son günlər rus diplomatlarının Bakıya səfəri Qarabağ ətrafında danışıqların intensivliyindən xəbər verir. Putin İlham Əliyevi Avrasiya İttifaqına cəlb etməyə çalışır. Çox güman ki, Moskva Bakı ilə Qarabağda öz sülhməramlılarını yerləşdirməklə nə qədər rayonun Azərbaycana qaytarılması məsələsi ilə əlaqədar danışıqlar aparır. Bəs Avrasiya İttifaqına üzvlük danışıqlar predmetidirmi? Rusiya Azərbaycanın üzvlüyü məsələsində heç bir narazılıq göstərmir. Amma Putin anlayır ki, bu, yalnız Türkiyə və Qərbin Avrasiya İttifaqına Azərbaycanı itələyəcəyi təqdirdə mümkün olacaq. Görünür, Ankara məhz bu məsələ ətrafında Moskva ilə danışıqlar apararaq, Bakı üçün nə isə sövdələşmək istəyir. Azərbaycanı öz təşkilatına cəlb etməklə Moskva Qafqazda öz mövqelərini tam gücləndirməyə çalışır. Bunun üçün isə Rusiya mütləq Qarabağa qoşun yeritməlidir. İlham Əliyev Rusiyanın bu istəyi qarşısında müxtəlif manevrlər etməklə ölkəsini qoruyur. İrəvan isə çarəsiz şəkildə prosesi izləyir. Ermənistanda yaxşı anlayırlar ki, Rusiyanın istəklərinə qarşı çıxmaq olmaz. İrəvanın məsələyə tərs reaksiyası hakimiyyətin təcili şəkildə dəyişdirilməsi ilə nəticələnəcək. Görünür, Qarabağ və Ermənistanın ATƏT-ə müraciəti də son xilas çağırışıdır”. 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR