İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni kəşfiyyat-diversiya qrupu yenidən cəbhə xəttini keçməyə çalışıb

6760 24.01.2014 12:23 Gündəm A A
Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, cəbhədə vəziyyət gərgin olaraq qalır. Yanvarın 24-də saat 6.00 radələrində erməni kəşfiyyat-diversiya qrupu cəbhənin Tərtər rayonu istiqamətində, Qapanlı və Seysulan yaşayış məntəqələri arasında qoşunların təmas xəttini keçməyə cəhd göstərib.

Silahlı Qüvvələrimizin bölmələrinin sayıqlığı nəticəsində düşmənin səngərlərimizə yaxınlaşmaq cəhdi qabaqcadan aşkar edilərək qarşısı alınıb. Qısamüddətli şiddətli atışmadan sonra erməni bölmələri geri çəkilməyə məcbur edilib.

Qeyd edək ki, ön xətdə yerləşən bölmələrimiz tərəfindən aparılan müşahidələr göstərib ki, düşmənin geri çəkilməsi zamanı verilən əmr və komandaların yalnız erməni dilində deyil, digər dildə də səsləndirilməsi qeydə alınıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR