İnsanlara hürriyət, millətlərə istiqlal!

Dünya ulduzları Bakıya gəlir

2634 25.08.2016 19:51 Şou-biznes A A
Dünyanın məşhur DJ-i Willy William və Tricky Gullivan Bakının qonağı olacaq. 

Musavat.com saytına bu haqda prodüser Təranə Səmədova məlumat verib: “Oktyabr ayının 22-də Elektra Hall-da böyük izdiham yaşanacaq. Məşhur DJ ölkəmizin qonağı olacaq. O, Bakıda maraqlı konsert proqramı ilə çıxış edəcək. Willy sevənləri üçün sevilən mahnılarını səsləndirəcək. Gecənin qonağı azərbaycanlı DJ Roşka olacaq”.

Maraqlı konsert vəd edən təşkilatçı isə müğənninin alacağı qonorarı gizli saxlayıb:  “Maraqlı konsert olacaq, qonaqlar əyləncəli anlar yaşayacaq. Konsertin biletləri baha deyil, 26-50 manat arasındadır. Amma ola bilsin ki, konsertə 20 gün qalmış bahalaşsın.
Müğənninin alacağı qonorara gəldikdə isə onu deyə bilmərəm. Kommersiya sirridir”.

Könül İbrahim,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR