İnsanlara hürriyət, millətlərə istiqlal!

Gənc ermənilər Xankəndini kütləvi şəkildə TƏRK edirlər: niyə və onlar kimdir?

3384 13.09.2023 20:33 Yazarlar A A

Ermənistanın Qarabağdakı muzdluları "tələbə" adı ilə sivişib, qaçırlar.

Bu gün daha 150 "tələbə" Qarabağı "Laçın" SBM-dən keçərək, tərk etdi. Səbəbi məlumdur. Azərbaycan ordusu Xankəndini, Əskəranı, Ağdərəni, ... Zəngəzuru azad etmək üçün əmrə hazır gözləyir. Separatçı ermənilər Xankəndidə seçki keçirməklə, Azərbaycan dövlətinə beynəlxalq miqyasda bir daha mandat qazandırmış oldular! Özlərini isə bitirdilər: daha heç kim onları qoruya bilməz!

ERMENİ.png (470 KB)

Putinin dünənki çıxışından sonra isə məsələ məlumdur: Xankəndi daxil, bütün bölgələrdə qayda-qanun yaratmaq Azərbaycanın haqqıdır, hüququ, vəzifəsidir. Bunu Kreml də qəbul edib! Məndə belə bir inam var ki, bu haqq, bu hüquq, bu vəzifə ən qısa zamanda, hətta düşündüyümüzdən də sürətlə və problemsiz həyata tətbiq olunacaq.

Erməni separatçıların və Ermənistanın ağılları olsa, heç bir müqavimət göstərməzlər.

Ağılları olmasa, "toy"da son dəfə rəqs edəcəklər...

Dövlətimiz, Millətimiz, Ordumuz var olsun!

Xankəndidə, Ağdərədə, Əskəranda, Xocalıda, ... Zəngəzurda dalğalanacaq Bayraqlar nə gözəl bayraqlardır!

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR