İnsanlara hürriyət, millətlərə istiqlal!

G7 ölkələri İranı Rusiyaya ballistik raket verməməyə çağırıb

401 19.04.2024 15:16 Dünya A A

İranın Rusiyaya ballistik raketlər verməsi “Böyük yeddilik” (G7) ölkələrinin mənfi reaksiyasına səbəb olacaq.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bu barədə G7-nin xarici işlər orqanları rəhbərlərinin Kapri adasında keçirilən görüşdən sonra yekun bəyanatı yayılıb.

“Biz İranı Rusiyanın Ukraynada apardığı hərbi əməliyyatları dəstəkləməyi dayandırmağa çağırırıq”, - sənəddə bildirilib.

Xarici işlər nazirləri hesab ediblər ki, İranın Rusiyaya silah ötürmə addımları islam iespublikasına qarşı yeni sərt tədbirlərin görülməsinə gətirib çıxaran “əhəmiyyətli bir ağırlaşma” olacaq.

Eyni zamanda G7 nümayəndələri Şimali Koreyaya da xəbərdarlıq ediblər. Onlar Moskvaya hərbi tədarükün dərhal dayandırılmasını tələb ediblər.

Bundan əvvəl Ağ Evin strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib ki, ABŞ administrasiyası Rusiya Federasiyası ilə İran arasında hərbi-texniki əməkdaşlığın genişləndirilməsi ilə əlaqədar əlavə sanksiyaların tətbiqi imkanlarına icazə verib.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR