İnsanlara hürriyət, millətlərə istiqlal!

Yasamalın polis rəisi Leyla Yunusla bağlı olaydan danışdı

12973 01.05.2014 09:25 Gündəm A A

Yasamal Rayon Polis İdarəsinin rəisi İsmayıl Əsədov hüquq müdafiəçisi Leyla Yunusun evində axtarış aparılarkən polis əməkdaşının yol verdiyi hərəkətlə bağlı “Yeni Müsavat”ın suallarını cavablandırıb. Polis rəisi  Leyla Yunusa qarşı xoşagəlməz hərəkətə yol vermiş polis əməkdaşının cəzalandırılmayacağını deyib: 

- Polisə niyə cəza verilməlidir ki? 

- Qadının ardınca tualetə kişi polisin daxil olması qanunidir? 

- Siz ordaydınız, polis ora daxil olanda? 

- Orada olmamışam, amma mətbuatda bu var.

- Qəzetlərdə yazılıb-yazılıb da... Hamısı boş-boş şeylərdir.

- Ümumiyyətlə, polisin belə hərəkətə yol verməsi qanunidirmi?

- Hər şey qanunidir. Polis o, ora girəndə qapının arxasında dayanıb ki, bəlkə o şantajist adam özünə xəsarət yetirəcək, bəlkə özünü asacaq? Polis orada ictimai qaydanı qorumaq üçün olub. Axı ayaqyoluna polis niyə girməlidir ki? 

- İsmayıl müəllim, elə onu soruşuram ki, əks cinsdən olan polis qadının ardınca  tualetə girməlidirmi? Bu qanunidirmi? 

- Bu qeyri-mümkün olan şeydir. Buna nə ehtiyac var axı? Polis ora girməyib. Polisin ora yığışmağı, ora qadın polislərin getməsi... mən nə bilim ki, Leyla Yunus orada olacaq ya yox?  Mənə məruzə olundu ki, ora mətbuat nümayəndələri yığışıb, mən də narahat oldum ki, mətbuat nümayəndələri ora elə-belə yığışmaz. Sonra bildik ki, prokurorluğun əməkdaşları ora baxış keçirir, o da etiraz edir, şou düzəldir, provokasiya düzəldir. Siz isə onun hərəkətlərindən yazmırsız. Polis onu orada sakitliyə çağırır. O isə provokasiya ilə məşğul olur. Polis blokun giriş qapısında dayanıb. Polisin ora girməsi absurd məsələdir. Biz ora qadın əməkdaş dəvət etməmişik. Çünki baxış səhər saat 6-da olub. Mən nə bilim ki, o orada nə oyun çıxaracaq, mən ora qadın əməkdaş dəvət edim. Yoxsa qadın əməkdaş çağırmağa nə var idi ki ora? 

- Ümumiyyətlə, Yasamal Rayon Polis İdarəsində neçə qadın əməkdaş çalışır?

- Qadın əməkdaşlar da, zabitlər də var. O qədər də çox olmasa da var. 

- Qadın olan evə polis gedəndə həmin əməkdaşlardan gedirmi? 

- Mütləq qaydada. Seçkiqabağı mitinqlərin keçirildiyi “Məhsul” stadionunun girişində qadınları qadın polislər yoxlayırdı. Həmin mitinqlərdə olmusunuzsa, həmin polis əməkdaşlarını da görmüş olardınız. Hər bir rayonun polisində də qadın əməkdaşlar var. Bilin ki, polislər bizim mentalitetə daha çox hörmət edir, nəinki Leyla Yunus. Bu bizim mənəviyyatımızdır. Kimliyindən asılı olmayaraq qadın qadındır, kişi də kişi! O, polisin furajkasını götürüb atır, buna nə ad vermək olar? 

- Polis əməkdaşının hərəkəti də qanuni olub? Belədir?

- “Sanuzel” deyirsən, bizim polis ora gedib girməz! Buna ehtiyac da yoxdur. Polis girişin yanında dayanıb. O, şou düzəldir, deyir ki, gəlib yanıma girdi. Bu qadına yaraşan söhbətdi ki, onu efirdə deyir ki, mən orada belə elədim, o da belə etdi? Onun qolunda qandal da yox idi ki, polis də onunla ora girsin. O, orada oyana gedirdi, bu yana gəlirdi. O, şou düzəldir. 

E.MƏMMƏDƏLİYEV

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR