İnsanlara hürriyət, millətlərə istiqlal!

“RUSİYA QARABAĞ MÜNAQİŞƏSİNİN HƏLLİNDƏ MARAQLI OLA BİLMƏZ”

4830 22.06.2012 09:49 Gündəm A A
Sənəddən sitatlar: “Prezidentliyi dövründə Medvedyev öz sələflərindən fərqli olaraq vasitəçilik missiyasına daha çox vaxt ayırdı. Lakin Rusiyada elə qüvvələr var ki, münaqişə ətrafında gərginliyin davam etməsindən pul qazanır, həmçinin status-kvodan istifadə edərək tərəflərə siyasi təsir göstərir. Rusiya Qarabağ münaqişəsindəki vasitəçiliyinə öz maraqları çərçivəsində yanaşır və əslində münaqişənin nizamlanmasında maraqlı ola bilməz. Bunu Rusiyanın regiona beynəlxalq sülhməramlı qüvvələrin yeridilməsinə qarşı çıxması və Minsk Qrupunun tərkibinin dəyişməsinə etiraz etməsi də təsdiqləyir. Əvəzində Rusiya regionda öz qoşunlarını yerləşdirmək istəyir. Bu, Rusiyaya imkan verərdi ki, öz mövqelərini möhkəmləndirsin, ancaq Azərbaycan da rus qoşunlarının regionda yerləşməsini çətin ki, qəbul etsin. Azərbaycan öz ərazilərini hərbi yolla qaytarmaq qərarına gələndə Rusiyanın Ermənistanın tərəfində müdaxilə etməsi məsələsi də açıq qalır. Ancaq mümkündür ki, məhz bu qeyri-müəyyənlik amili Azərbaycan üçün əsas çəkindirici amildir”.
“Chatam House” analitikləri qeyd edirlər ki, 2011-ci ilin iyul ayındakı Kazan sammiti zamanı Azərbaycan Rusiyanın rəhbərliyi ilə təqdim olunan son sülh təşəbbüsünə skeptik yanaşdı. O, əvvəlki kimi Rusiyanı ədalətli vasitəçi hesab etmir, mümkündür ki, burada Rusiyanın xarici işlər naziri Sergey Lavrovun erməni mənşəli olması da rol oynayır. Ancaq əsas amil Qarabağda “Rusiya paktı”ndan qaynaqlanan narahatlıqdır. Analitiklərə görə, irimiqyaslı hərbi əməliyyatların başlanması Rusiyanın Azərbaycan və Türkiyədəki mövqelərini şübhə altına ala bilərdi, xüsusən ermənilər hərbi kömək istəsələr.
Nüfuzlu amerikalı analitik, Pentaqonda və Dövlət Departamentində uzun illər məsul vəzifələr tutan, hazırda Amerika Xarici Siyasət Şurasında işləyən Uayan Meri isə Qarabağ münaqişəsinə dair qeyri-adi təkliflə çıxış edib. Bu təklif barədə ABŞ-dan yayımlanan onlayn WNWI radiosu xəbər yayıb. (vesti.az) Radio qeyd edir ki, münaqişə tərəfləri Dağlıq Qarabağ probleminin həlli yollarını uzun müddətdir müzakirə edirlər. Bu yöndə müxtəlif təkliflər səslənib, ancaq onlar nə Ermənistanı, nə Azərbaycanı qane edib. “Lakin deyəsən, ABŞ münaqişənin həllini tapmağa yaxındır. Vaşinqtondakı Amerika Xarici Siyasət Şurasının baş elmi əməkdaşı, bu yaxınlarda hər iki tərəfi neytral mövqe tutacağına inandıraraq Dağlıq Qarabağa baş çəkən Uayan Meri münaqişənin həllinə dair Azərbaycan üçün kifayət qədər təxribatçılıq kimi görünə biləcək təklif irəli sürüb. Meri hesab edir ki, münaqişəni arbitraj məhkəməsində həll etmək olar”, - deyə radio qeyd edib.
Radio Uayan Merinin sözlərindən sitat gətirərək qeyd edir ki, bu münaqişənin həlli ilə məşğul olan vasitəçilər nəyisə həll etməyə nail olmayacaqlar. “Nə Azərbaycan, nə Ermənistan imkan verəcək ki, hansısa nəticə əldə olunsun. Ən yaxşı halda bu münaqişənin həlli arbitraj məhkəməsidir”, - deyə ekspert hesab edir. U.Merini Qarabağ münaqişəsi üzrə naşı hesab etmək olmaz, o dəfələrlə bu münaqişənin nizamlanması üzrə təşkil edilmiş dinləmələrdə sanballı məruzələrlə çıxış edib. Onun bugünlərdə Vaşinqtonda keçirilən dinləmələrdəki məruzəsində qeyd edilirdi ki, münaqişə ətrafındakı indiki status-kvo kifayət qədər təhlükəlidir və regionda hərbi əməliyyatların yenidən başlaması riski var.
Ekspert Qərb nəşrlərindən birində dərc etdirdiyi məqaləsində isə hərbi əməliyyatların hansı ssenari üzrə cərəyan edəcəyini göstərmişdi. Bu baxımdan U.Merinin Qarabağ münaqişəsinin həlli üçün tərəfləri beynəlxalq arbitraja müraciət etməyə çağıran təklifi qeyri-ciddi görünə bilər. Ən azından ona görə ki, Dağlıq Qarabağ mübahisəli ərazi deyil və beynəlxalq birlik tərəfindən Azərbaycan ərazisi kimi tanınır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR