İnsanlara hürriyət, millətlərə istiqlal!

"Freedom House"dan növbəti blef!

698 11.04.2024 22:43 Siyasət A A

Zaur Məmmədov: "Eyni mərkəzdən ölkəmizə qarşı qarayaxma kampaniyasına başlanılıb"

"Freedom House" insan haqları təşkilatının "2024-cü ildə keçid dövründə olan ölkələr: Regionun avtokratiyalara və demokratiyalara bölünməsi" (Nations in Transit 2024: A Region Reordered by Autocracy and Democracy) adlı hesabatını açıqlayıb. Musavat.com xəbər verir ki, hesabatda yenə Azərbaycanla bağlı qərəzli mövqe öz əksini tapıb. Hesabata görə bütövlükdə regionun 29 ölkəsindən 10-da demokratiya göstəricisi azalıb. Ən aşağı demokratiya dərəcəsini Türkmənistan (1.0), Tacikistan (1.04), Azərbaycan (1.07) və Rusiya (1.07) göstərib.

Ermənistan üçün bu göstərici 3.07 bal, Gürcüstan üçünsə 3.04 bal olub.

Hesabatda Qarabağ mövzusuna geniş yer ayrılıb, ermənilərin Qarabağdan məcburi köçürülməsi ilə bağlı əsassız fikirlər səsləndirilir.

Qeyd edək ki, təşkilat bundan əvvəl də ölkəmizə qarşı irəli sürdüyü böhtan xarakterli, qərəzli mövqeyi ilə yadda qalıb. Bəs indi hesabatda Azərbaycanla bağlı bu qədər geniş yer ayrılmasının məqsədi nədir?

Ermənistanı dəhşət gözləyir" - ZAUR MƏMMƏDOV

“Bakı Politoloqlar Klubu”nun sədri, politoloq Zaur Məmmədov mövzu ilə bağlı Musavat.com-a fikirlərini açıqladı: "Hesabatda  ermənilərin  Qarabağdan guya məcburi köç etmələri, Azərbaycanın hərbi əməliyyatlarına və Ermənistanı daim "təhdid" edilməsinə toxunulub. Qeyd edilir ki, Ermənistanın Cənubi Qafqazda demokratikləşmə səylərinə maneələr var. Paşinyan hökumətinə həm daxildən, həm də xaricdən təhdidlər gəlməkdədir. "Hökumət öz ərazisini müdafiə etməklə yanaşı, həm də öz humanitar ehtiyaclarını ödəməyə çalışır, daxili tənqidlər fonunda hakimiyyəti gücləndirir və 2018-ci ildə ölkədə inqilaba səbəb olan daha yaxşı idarəçilik tələblərinə cavab verir".

Təşkilat qeyd edir ki, ABŞ və ya Aİ tərəfindən heç bir etibarlı maneə olmadıqca, Qafqazda təcavüzün artması üçün aydın potensial var. Moskva regionda təhlükəsizliyin təminatçısı rolundan praktiki olaraq imtina edib, Ermənistanı demokratik dünyada yeni ittifaqlar axtarışı istiqamətində hərəkət etməyə məcbur edib”, - hesabatın yekununda qeyd olunur.

Beləcə biz bir daha eyni mərkəz və mərkəzlər tərəfindən idarə olunan strukturlar tərəfindən ölkəmizə qarşı qarayaxma kampaniyasına başlanıldığını görürük. Bəs niyə "Freedom house" onlarla azərbaycanlının minalanmış ərazilərdə həlak olması və yaralanması halını hesabata daxil etməyib. Niyə qeyd edilməyib ki, 30 il ərzində dağıdılan Qarabağ və Şərqi Zəngəzur bu gün Azərbaycan hökumətinin daxili resursları hesabına təmir - tikinti, abadlaşdırma işləri aparmasına toxunmayıb? Əslində onlara veriləcək suallarımız yoxdur. Hər şey aydındır".

Afaq Mirayiq,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR