İnsanlara hürriyət, millətlərə istiqlal!

"Formula 1" üzrə Azərbaycan Qran-prisi yayımlanmaya bilər

10793 05.04.2022 14:43 Formula #1 A A

"Formula 1" üzrə Azərbaycan Qran-prisi ölkə ərazisində yayımlanmaya bilər.

"Report"un məlumatına görə, yeni mövsümün ilk iki Qran-prisi arxada qalsa da, nə Bəhreyn, nə də Səudiyyə Ərəbistanı mərhələləri ekranlara gətirilib.

Ötən illərdə bu yarış "İdman TV"də göstərilirdisə, bu mövsümdən heç bir telekanal "Formula 1"i yayımlamır. Üstəlik, yarışın Rusiya telekanalları vasitəsilə nümayişi qonşu ölkənin Ukraynaya hərbi müdaxiləsi ilə əlaqədar qadağan edilib.

Nəticədə Azərbaycanda "Formula 1"i kabel televiziyasındakı kanallar vasitəsilə də izləmək mümkünsüzləşib.

"İdman TV"nin direktoru Rövşən Binnətli "Report"a açıqlamasında cari mövsümün yayımlarını hələ gerçəkləşdirə bilmədiklərini söyləyib: "Hazırda əlaqədar qurumların hamısı ilə danışıqlar davam edir və bu səbəbdən, dəqiq bir söz deyə bilməyəcəyəm. Ancaq bu istiqamətdə ciddi işlər görülür. Yaxın günlərdə məsələyə tam aydınlıq gələcək. Mövsümün növbəti mərhələlərini, o cümlədən, Azərbaycan Qran-prisini yayımlamaq üçün müvafiq işlər görürük. Yaxın zamanlarda hər şey dəqiq bilinəcək".

Qeyd edək ki, cari mövsüm Azərbaycan Qran-prisi 10 - 12 iyunda gerçəkləşəcək.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR