İnsanlara hürriyət, millətlərə istiqlal!

Firuz Səxavət Ağdama köçdü

1922 21.10.2023 21:30 Mədəniyyət A A

Əməkdar artist Firuz Səxavətə vəzifə verilib.

Bu haqda sənətçi qonaq olduğu “Xəzər axşamı” verilişində deyib.

F.Səxavət bildirib ki, o, Ağdam musiqi kollecinin direktoru vəzifəsinə təyin olunduğu üçün Ağdam şəhərinə köçüb:

“Artıq 3 aydır ki, oradayam. Məni bundan sonra yalnız şənbə və bazar günləri efirdə görə bilərsiniz. Amma digər qalan günlərdə təyinat və işimlə bağl Ağdamda oluram. Biz həqiqətən də gözəl günlər yaşayırıq. Azərbaycanımızın bütövlüyünü yaşayırıq. Allah xalqımızın başına birdə qara buludları gətirməsin.

Hazırda kollecimizin 400 tələbəsi var. İnanıram ki, tələbələrimizin sayı getdikcə çoxalacaq. Ağdamda musiqimiz canlanacaq. Ora bizim savadlı və gözəl mütəxəssislərimizi dəvət edəcəyik. Gələcəklə bağlı çox sayda planlarımız var”. (Axşam.az)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR