İnsanlara hürriyət, millətlərə istiqlal!

Əziz Səncərin "qızı" SİRLƏRİ AÇDI: "Onun yaxınlıqda yaşadığından xəbərsiz idim və 1 ay sonra..."

4202 28.10.2022 09:10 Müsahibə A A

Musavat.com diaspor fəallarımızla layihəyə start verir.

İlk müsahibimiz Azərbaycan Dostluq Təşkilatının qurucusu, "Diaspora fəaliyyətində xidmətə görə" medalı ilə təltif olunan, Şimali Karolinada yaşayıb fəaliyyət göstərən Adika İqbaldır. Nobel mükafatı laureatı, professor Əziz Səncər Adikanın xidmətlərini dəyərləndirərək, onu mənəvi qızı adlandırır. Adika İqbalın əməyi sayəsində hər ilin 31 dekabr tarixi Şimali Karolinada Azərbaycan Günü kimi qeyd olunur. O, 2015-2020-ci illərdə paralel olaraq ABŞ-ın ehtiyat ordusunda, bir növ qiyabi şəkildə xidmət edib. Kimyəvi-bioloji və radioloji ixtisaslar üzrə ehtiyatda olan hərbi mütəxəssisdir.

WhatsApp Image 2022-10-23 at 02.32.59.jpeg (76 KB)

Adika İqballa müsahibəni təqdim edirik:

- Özünüzü təqdim edərdiniz...

- Mən 1990-cı ildə Şəki şəhərində anadan olmuşam. Orta məktəbi orada bitirərək 2008-ci ildə Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat və kibernetika fakültəsinə daxil oldum. 1-ci kursda oxuyarkən Koreya Qabaqcıl Elm və Texnologiya İnstitutundan dəvət alaraq bakalavr təhsilimi orada davam etdirdim. Ali təhsilin sonuncu ilində ABŞ-ın Klemson Universitetindən magistratura təhsili almaq üçün dəvət aldım və 2013-cü ildə Amerikaya köçdüm. ABŞ-da texnologiya və mənim sahəm olan nəqliyyat mühəndisliyi olduqca inkişaf edib. Bu da məni Amerikaya çəkən çox böyük səbəblərdən biri oldu. Mən Klemson Universitetində magistratura və doktorantura təhsilimi bitirdim. 2019-cu ildə həyat yoldaşımla birlikdə Şimali Karolina ştatına köçdük. Həmin vaxtdan ABŞ-da yaşayıram.

WhatsApp Image 2022-10-23 at 02.33.06.jpeg (302 KB)

- Diaspor hərəkatına nə vaxt qoşulmusunuz?

- Diaspor hərəkatı könül işidir. Mən hər zaman vətənimə bağlı olmuşam, vətən sevgisi ilə böyümüşəm. Tariximizi dərindən öyrənmişəm. Cənubi Koreyada oxuduğum müddətdə də Azərbaycanı yemək festivalında təmsil etmişəm.

WhatsApp Image 2022-10-23 at 02.32.55.jpeg (118 KB)

Həmçinin orada xarici dostlarıma Azərbaycan haqqında danışıb, öz mədəniyyətimizi, yeməklərimizi öyrətmişəm. Koreyada ilk dəfə olaraq "Xoca" filminin nümayiş olunmasına nail olmuşam.

WhatsApp Image 2022-10-23 at 02.32.53.jpeg (450 KB)

Yadımdadır ki, orada olan erməni tələbələr bundan çox narahat olmuşdular və öz narahatlıqlarını universitet rəhbərliyinə bildirmişdilər. Hətta mənim üzr istəməyimi tələb edirdilər, lakin buna nail ola bilmədilər. Mən hər zaman Azərbaycan həqiqətlərini öz xarici dostlarıma çatdırmağa çalışmışam. Diaspor hərəkatına Koreyada olduğum müddətdə pərakəndə şəkildə başlamışdım.

WhatsApp Image 2022-10-23 at 02.32.55 (1).jpeg (103 KB)

Orada həm azərbaycanlılar az idi, həm də çox vəsait tələb olunurdu. ABŞ-a köçəndən sonra müəyyən müddət dərslərimlə məşğul olurdum, həm də kiçik festivallara və s. qatılırdım. Amma diaspor fəaliyyəti ilə daha böyük, daha professional əlaqəm ilk dəfə Azərbaycanda keçirilən İkinci Yay Düşərgəsi sayəsində oldu. Mən həmin düşərgə üçün öz sənədlərimi göndərdim və 1 ay sonra qəbul olduğum haqda xəbər gəldi. Mən Şamaxı şəhərində keçirilən İkinci Yay Düşərgəsində iştirak etdim. Orada dünyanın hər yerindən aktiv gənclərlə tanış oldum. Diasporla İş üzrə Dövlət Komitəsi bizə orada xeyli təlimlər keçdi. Düşərgəyə qatıldıqdan sonra isə mən ABŞ-a qayıtdım. Belə qərara gəldim ki, Azərbaycan Dostluq Təşkilatını yaradım (2021-ci il). Çünki Amerika elə bir ölkədir ki, burada sənəd olmadan festivallara, tədbirlərə qatılmaq olduqca çətindir. Rəsmi qeydiyyatdan keçmək olduqca vacib bir məsələdir.

WhatsApp Image 2022-10-23 at 02.33.01.jpeg (80 KB)

- Azərbaycanın haqq səsini beynəlxalq ictimaiyyətə necə çatdırırsınız?

- Azərbaycanın haqq səsini beynəlxalq ictimaiyyətə çatdırmaq üçün bir çox festivallarda iştirak edirik, merlərlə çox sıx əlaqədəyik. Mən senatorlara tez-tez məktublar yazıram, Şimali Karolinada bir neçə dəfə Azərbaycanın milli bayramlarının qeyd edilməsinə nail olmuşam. Bir neçə şəhər, hətta qubernator, ştat səviyyəsində bəyannamə almağa nail olmuşuq.

WhatsApp Image 2022-10-23 at 02.33.25.jpeg (66 KB)

Burada bir çox jurnallarda bizim məqalələrimiz çıxıb. Diasporla İş üzrə Dövlət Komitəsi hər zaman bizə dəstək olur. Komitə bizim "Xocalıya ədalət" adlı mitinqdə iştirakımıza kömək etdi.

WhatsApp Image 2022-10-23 at 02.33.05 (1).jpeg (245 KB)

Həmçinin festivallarda çıxışımız zamanı istifadə etdiyimiz milli geyimlər Komitənin dəstəyi ilə bizə çatdırılıb.

WhatsApp Image 2022-10-23 at 02.33.02 (1).jpeg (508 KB)

Ötən ilin 27 sentyabrında şəhidlərimizin anım günü ilə bağlı böyük bir piknik təşkil etdik.

WhatsApp Image 2022-10-23 at 02.33.22.jpeg (268 KB)

Orada İsrail, Türkiyə, Pakistan və digər ölkələrdən olan insanlar, həmçinin Apeks şəhərinin meri Jak Jilber də iştirak edirdi. Cənab Jilber bizə Azərbaycanın Müstəqillik Gününü elan etməsi ilə bağlı bəyannamə verdi. Həmin tədbirdən sonra eşitdim ki, Əziz Səncərin həyat yoldaşı deyib ki, xahiş edirik növbəti tədbirə Əziz bəyi də dəvət edəsiniz, çünki o, Azərbaycan sevdalısıdır. Mən Əziz Səncərin türk dünyası üçün böyük töhfələr verdiyini bilirdim. Amma onun bizim ştatda yaşadığından xəbərsiz idim. Əziz bəyin həyat yoldaşından gələn mesajı oxuyub, dərhal araşdırma apardım və onun "email"ini tapdım. Əziz bəyə Azərbaycana böyük dəstəyinə görə təşəkkür etdim. Onun yaxınlıqda yaşadığından xəbərsiz olduğum üçün təəssüf etdiyimi bildirdim. Əziz bəyə bildirdim ki, biz 1 ay sonra Zəfər Günü tədbiri təşkil etməyi düşünürük və sizin iştirakınızı gözləyirik. Həmin tədbirə qədər Əziz bəylə bir neçə dəfə görüşdüm. Onun Azərbaycan sevdalısı olduğunu, Gəncə terrorunda hər iki valideynini itirən Xədicəni öz himayəsinə götürdüyünü, 44 günlük savaş zamanı Azərbaycan bayrağını sinəsində işə daşıdığını və 44 gün yatmadan müharibəni izlədiyini bilmək mənə sevinc və qürur hissi verdi. O zamandan bəri Əziz Səncərlə mütəmadi görüşürük.

WhatsApp Image 2022-10-23 at 02.33.00.jpeg (31 KB)

Zəfər Gününü onun icazəsi ilə məhz Səncər Mərkəzində keçirməyi qərara aldıq. Olduqca gözəl bir tədbir keçdi.

WhatsApp Image 2022-10-23 at 02.33.04.jpeg (250 KB)

- ABŞ merləri ilə işbirliyiniz hansı səviyyədədir?

- Bizim burada merlərlə əlaqələrimiz mənfur düşmən erməniləri hər zaman narahat edir. Onlar bir neçə dəfə meriyaya mənim haqqımda, Azərbaycan haqqında yalan "email"lər yazaraq merlərin fikirlərini dəyişdirməyə çalışmışdılar. O zaman mən Əziz bəylə məsləhətləşib, merlərlə görüşüb öz haqlı tərəfimizi buradakı icma üzvlərimizlə birlikdə müdafiə etmişdik və merin böyük rəğbətini qazanmışdıq. Mer hətta erməni qrupu ilə bizi bir yerdə ofisinə dəvət etmişdi. Lakin erməni tərəfi hər zaman olduğu kimi, bizimlə görüşməkdən boyun qaçırmışdı və özlərinin haqsız, qorxaq olduqlarını ABŞ merlərinə də bir daha göstərmişdilər.

Mən hazırda Şimali Karolina Dövlət Nəqliyyat Departamentində baş mühəndis olaraq çalışıram. Burada ştatımız üzrə hər hansı fövqəladə hallar (sel və s.) zamanı öz töhfəmi verirəm. Ştatımızın qubernatoru Roy Kuperlə birlikdə çalışırıq. Onunla da bir neçə dəfə görüşlərimiz və işbirliyimiz olub.

- İşğaldan azad olunan ərazilərdə olmusunuz? Olmamısınızsa, hansında olmaq istərdiniz?

- Mən doğulduğum gündən Qarabağda olmamışdım. Lakin 30 il Qarabağ arzusunda idim. Hər zaman onun xəyalını edirdim. Oranın necə gözəl olduğunu hər zaman təsəvvürümdə yaşadırdım. Diasporla İş üzrə Dövlət Komitəsinin dəvəti ilə mən bu il 3-cü Yay Düşərgəsində təlimçi olaraq iştirak etdim. Məhz Şuşa mənim ən böyük arzularımdan biri idi.

WhatsApp Image 2022-10-23 at 02.33.03.jpeg (420 KB)

Çünki Şuşa Azərbaycanın tacıdır. Mən nəinki Şuşaya getdim, həmçinin cənab Fuad Muradov tərəfindən diasporda olan fəaliyyətimə görə medala da layiq görüldüm. Bu mənimçün xəyaldan da böyük idi, arzularımın çin olduğu bir gün idi. O gün qızıl hərflərlə mənim yaddaşımda qalacaq.

WhatsApp Image 2022-10-23 at 02.33.32.jpeg (242 KB)

- ABŞ cəmiyyətinin azərbaycanlılara münasibəti necədir?

- ABŞ cəmiyyətinin azərbaycanlılara münasibəti olduqca yaxşıdır. Amerika hər bir millətə çox açıq ölkədir. Biz hər zaman desək də ki, ABŞ həmişə erməninin arxasındadır, bu, yanlış fikirdir. Məncə, bizim cəmiyyətimiz uzun zamandır ki, şəbəkə şəklində iştirak etmirdi. Biz nə bir məktub yazırdıq, nə gedib merlərlə görüşürdük, nə də senatorlarla danışırdıq. Onların Azərbaycan həqiqətlərindən xəbərləri yox idi. Mən bunu anladım. 3-4 merlə görüşdüm və onlar bildirdilər ki, mən onların tanıdığı ilk azərbaycanlıyam. Çox xoş münasibət göstərdilər, hər zaman bizim tərəfimizdə olduqlarını bildirdilər. Merlər bizim Zəfər bayramımızda da iştirak etdilər. Onlar Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini qeyd etdilər. Mənim amerikalı dostlarım həqiqətləri eşitdikdən, bildikdən sonra bizə dəstək olduqlarını bildirirlər. ABŞ cəmiyyəti yalnız erməni tərəfindən hekayənin bir tərəfini eşidirdi. Biz nə qədər məlumat versək, bizim üçün o qədər yaxşıdır. Biz sakit dayanmamalıyıq. Hər zaman öz həqiqətlərimizi amerikalılara çatdırmalıyıq. Mən indiyə qədər ABŞ-da irqçilik, ayrıseçkilik hiss etməmişəm.

WhatsApp Image 2022-10-23 at 02.32.54.jpeg (42 KB)

- Gələcək üçün planlarınız nələrdir?

- Gələcək planlarım yenə də Azərbaycanın haqq səsini dünyaya çatdırmaqdır. ABŞ-da Azərbaycan deyiləndə hamının ölkəmizin necə gözəl, necə səfalı olduğunu bilməsini istəyirəm. Ən böyük arzularımdan biri diaspor təşkilatımızı daha da möhkəmləndirmək üçün Şimali Karolina ştatında Azərbaycan Evinin fəaliyyət göstərməsidir. Çünki bizim burada çox gözəl cəmiyyətimiz, bacarıqlı insanlarımız var. Sadəcə bizə gözəl bir yer lazımdır ki, öz mədəniyyətimizi, rəqsimizi, musiqimizi, dilimizi yalnız azərbaycanlılara deyil, xaricilərə də aşılayaq, öyrədək. Biz yalnız bu yolla haqlı tərəfimizi qoruya, özümüzü müsbət şəkildə tanıda və gələcək məqsədlərimizə nail ola bilərik. Bu günlərdə biz Şimali Karolinanın çox böyük ştat səviyyəsində olan beynəlxalq festivalında iştirak edəcəyik. Burada biz uşaqların və böyüklərin rəqsi ilə çıxış edəcəyik. Rəqs məşqlərimizi edən zaman bəzi çətinliklər olur. Bəzən məşqləri evimizdə edirik. Burada ABŞ-Türkiyə Assosiasiyası ilə çox yaxşı əlaqəmiz var. Onlar bəzən bizə orada öz məşqlərimizi etməyə icazə verirlər. Amma məncə, Azərbaycan Evi olsa, gənclərimizə stimul olar.

Mən həmçinin ABŞ-Türkiyə Assosiasiyası İdarə Heyətinin üzvüyəm. Onlar bizə təşkilatımızı qurarkən də dəstək olublar. Rəqs məşqlərindəki dəstəyə görə də öz təşəkkürümü bildirirəm.

WhatsApp Image 2022-10-23 at 02.33.05.jpeg (248 KB)

Səncər Türk Mərkəzi isə bir çox azərbaycanlı rəssamların sərgilərini nümayiş etdirir, Azərbaycan gecəsi keçirməklə bağlı bizə bir çox təkliflər edirlər.

- Fəaliyyətinizdə nə kimi çətinliklərlə üzləşmisiniz, yaxud üzləşirsiniz?

- Fəaliyyətdə hər zaman əlbəttə ki, çətinliklər olur. Lakin mən çətinlik sevən insanam. O çətinliklər məni bir az da həvəsləndirir. Öz məqsədimə nail olana qədər o çətinlikləri aşıram, ona görə də ciddi çətinliklər olmayıb. Birlik məsələsində bir az çətinliklər olur. Onu da zamanla aşacağıq deyə düşünürəm.

- Erməni diasporu ilə mübarizədə hansı üsullar effektivdir?

- Ermənilər arxamızdan iş görərək həmişə bizi yıxmağa çalışırlar. Ermənilər qorxaq və arxadan iş görən bir millətdir. Biz sülh tərəfdarıyıq, qan tökülməsini istəmirik. Biz ermənilər kimi arxada iş görmürük, hər işimiz şəffafdır. Erməni diasporu ilə mübarizədə merlərlə, siyasətçilərlə şəxsi münasibətlər qura bilsək, bu üsul həqiqətən effektlidir. Bu yolla erməni yalanlarını ifşa edə bilərik. Mən bu üsulla diaspor fəaliyyətimi davam etdirirəm.

WhatsApp Image 2022-10-23 at 02.33.21.jpeg (309 KB)

- Fəaliyyətinizdə həyat yoldaşınızdan hansı dəstəyi alırsınız?

- Mən həyat yoldaşım ilə Klemson Universitetində oxuyarkən tanış olmuşam. Həyat yoldaşımın ailəsi əslən pakistanlıdır. Onlar uzun müddətdir ki, Amerikaya köçüblər. Həyat yoldaşım və ailəsi Azərbaycanı çox sevir. Diaspor fəaliyyətimdə də həyat yoldaşım hər zaman mənə dəstək olub.

WhatsApp Image 2022-10-23 at 02.33.29.jpeg (78 KB)

Tədbirlərin təşkilində də hər zaman böyük töhfələr verib. Bu da Pakistan-Azərbaycan simvoludur ki, bizim burada Pakistan cəmiyyəti ilə də çox böyük dostluğumuz var. Qarşılıqlı dəstəyimiz davam edir. Birlikdən güc doğar. Bu yolla böyük uğurlara nail oluruq.

WhatsApp Image 2022-10-23 at 02.33.29 (1).jpeg (211 KB)

Aytən Novruz
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR