İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanda vətəndaş cəmiyyəti revanşizmə sürüklənir

998 26.04.2022 10:40 KİVDF layihələri A A

Keçmiş cinayətkar rejimin liderləri ictimai rəydə yenə qisasçılıq ritorikasını körükləməyə çalışır; şərhçi: “Erməni cəmiyyətinin böyük əksəriyyəti revanşizmi dəstəkləmir”

Ermənistanda vətəndaş cəmiyyəti revanşizmə hazırlanır. Ölkəni 30 il fəlakətə sürükləmiş keçmiş korrupsioner və cinayətkar rejimin liderləri - Serjik Sərkisyan və Robert Köçəryan ictimai rəyi yenə çaşdırmağa, qisasçılıq ritorikasını körükləməyə, beyinləri doldurmağa çalışır. Keçmiş əli qanlı klanın başçıları indi Ermənistanın “xilaskar müxalifəti” kimi meydanlara çıxaraq cəmiyyəti öz ətrafında birləşməyə çağırır. Bu dəfə xüsusən gəncliyi ayağa qaldırmağa, onları intiqam hissləri ilə yaşamağa təhrik edirlər. “Yeni Müsavat” bildirir ki, bunu aprelin 23-də keçirilən yürüşdə görmək olardı. Əllərində məşəl olan yürüşçülərin əsas şüarı “Biz Qarabağın sahibiyik” olub.

qaynarinfo.az

Yürüşdə təxminən gənclərdən ibarət 15 min iştirakçı olduğu xəbər verilir. Fotolardan da görmək olur ki, aksiyada daha çox gənclik və vətəndaş cəmiyyəti fəalları olublar. Lakin onları meydana çağıranlar keçmişə dəvət edənlər idi. Hazırkı erməni vətəndaş cəmiyyəti anlamalıdır ki, revanişzm və absurd şüarlarla yürüşlər ölkəni daha da uçuruma sürükləyəcək. Çünki Avropanın bir parçası olmağa iddialı bir ölkə saxta tarixdən əl çəkməli, Türkiyə və Azərbaycanla münasibətləri rəvan qurmalıdır. Amma 23 aprel yürüşünə 15 min gənci toplamış Köçəryan və Sərkisyan cütlüyü həmin nəsilin uşaqlığını məhv etmiş hərbi canilərdir. İndi isə o gəncləri, vətəndaş cəmiyyətini təzədən bu faciələrə doğru itələmək yalnız bədbəxtlik vəd etməkdir.

Bununla belə, həm erməni şərhçilər, həm azərbaycanlı analitiklərin qənaətinə görə, müxalifətin yürüşündə iştirak edənlər cəmiyyətin olduqca cüzi kəsimir və ümumilikdə revanşist qüvvələrin ölkədə ictimai dəstəyi heç 20 faiz deyil. Aksiyada demək olar ki, bütün müxalifət qüvvələri, o cümlədən Ermənistanın sabiq quldur rəhbərləri Robert Köçəryan və Serj Sərkisyan da iştirak edib. Yürüş iştirakçılarının əlində “artsax”ın əski parçası, eləcə də qondarma soyqırımı tanımış ölkələrin bayraqları da olub. “Bu, bütün ermənilərin birləşmə marşıdır” deyə, müxalifət liderlərindən biri İşxan Saqatelyan bildirib. O, həmçinin qeyd edib ki, bu, “Dağlıq Qarabağın təslim olmasına töhfə verən hakimiyyətə qarşı yürüşdür”. Bəs bu aksiyalar, Ermənistanda vətəndaş cəmiyyətinin bir qisminin çağırışlar nəyə hesablanıb? Bu, bütün erməni xalqının mövqeyidirmi? Susan passiv çoxluq sülh istəyirmi, yoxsa yürüşdə iştirak edənlər kimi düşünür?

Hazırda Ukrayna torpağında ABŞ-Rusiya müharibəsi gedir" - RAMİYƏ MƏMMƏDOVA

Ramiyə Məmmədova

Siyasi şərhçi Ramiyə Məmmədovanın “Yeni Müsavat”a bildirdiyinə görə, erməni cəmiyyətinin böyük əksəriyyəti revanşizmi dəstəkləmir. Onun fikrincə, keçmiş cinayətkar klan erməni xalqını tamamilə bu əhval-ruhiyyəyə kökləyə bilməz: “Çünki onlar hakimiyyətə gəlsə belə nə edəcəklər? Təzədən müharibə başlanacaq? Bəlkə Ağdama, Füzuliyə hücum çəkəcəklər? Yəni Köçəryanın mitinqlərdə tələbinin əsası yoxdur və özü də bunun gerçəkləşməsinə inanmır. O halda bu aksiyalarda ”Qarabağın əsl sahibi bizik" deməyinin mənası yoxdur. Erməni müxalifəti yaxşı bilir ki, dünya Qarabağın Azərbaycana aid olduğunu çoxdan qəbul edib. Eyni zamanda bu müxalifəti yemləyən Rusiya da Qarabağın bizə məxsusluğunu təsdiqləyir".

Siyasi təhlilçinin sözlərinə görə, vətəndaş cəmiyyəti fəallarının 23 aprel mitinqi, sadəcə, Paşinyana təzyiq göstərmək məqsədi daşıyır. “Bu aksiyaların Azərbaycana qarşı iddia irəli sürməkdən daha çox hakimiyyətə yönəlik siyasət olduğunu görürəm. Amma Paşinyana təzyiqlər təkcə müxalifətdən deyil, həm də Rusiyadandır. Onun sülh müqaviləsindən yayınması üçün hər bir təzyiq rıçaqlarını işə salıblar. Amma əfsuslar olsun ki, həmin aksiyada erməni gəncləri var idi. Onları hələ də nağıllarla qidalandırırlar. Ermənistan cəmiyyəti indi Azərbaycandan daha çox sülh sazişi istəməlidir. Bu, onların inkişafı, dünyaya çıxışı, bölgədə əmin-amanlıq içində yaşaması üçün vacibdir. Ermənilər nə qədər qisas və revanşizm hisslərindən azad olmayıblar, onların ayağına həmişə zəncir vurulacaq”.

Ekspert hesab edir ki, regionda iqtisadi canlanma, Ermənistanın nəfəslik əldə etməsi məhz Türkiyə və Azərbaycandan asılıdır: “Bizsə sülh deyirik, barışıq əli uzadırıq, kommunikasiyaları bərpa etməyi təklif edirik. Yəni unudun Qarabağı, bitirin bu iddiaları, artıq torpaqlar Azərbaycan əsgərinin nəzarətindədir və orada qalan 25-30 min erməni də yolunu azmış adamlardır. Bu gün də olmasa, yaxın dövrlərdə separatizmə də son qoyacağıq, həmin mülki erməni əhalisi seçim etməli olacaq. İndi isə onlar üzgün, qeyri-müəyyən və sabahı bəlli olmayan şəkildə yaşayırlar”.

Emil SALAMOĞLU,
"Yeni Müsavat"

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR