İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanda inflyasiya riski: Qarabağdan köçən ermənilər...

947 31.10.2023 17:24 Qarabağ xəbərləri A A

Qarabağdan köçən ermənilərin inteqrasiyası məsələsi həll olunmasa, bu, inflyasiya riskləri yarada bilər.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu Ermənistan Mərkəzi Bankının sədri Martin Qalstyan bildirib.

O qeyd edib ki, iqtisadiyyatın tarazlığını saxlamaq üçün Qarabağdan köçənlər Ermənistanın əmək bazarına mümkün qədər tez cəlb edilməlidir. Vətəndaşlara dəstək iqtisadiyyatda qısamüddətli tələbatın genişlənməsinə kömək edəcək. “Əgər biz qısamüddətli tələbin artması ilə yanaşı, Qarabağdan köçən ermənilərin inteqrasiyası və maddi ehtiyaclarını ödəmək üçün şərait yarada bilməsək, onda məlum olacaq ki, mallara tələbat artır, lakin ÜDM üçün imkan yoxdur. Bu isə inflyasiya riskləri yaradacaq”, deyə o bildirib.

Qeyd edək ki, baş nazirin müavini Tiqran Xaçatryanın əvvəllər məlumat verdiyi kimi, növbəti 6 ay ərzində Qarabağdan köç edənlərə yardımın həcmi təqribən 100 milyon dollar nəzərdə tutulsa da, indiyədək yalnız qısamüddətli yardım proqramları həyata keçirilib. Bununla belə, hakimiyyət orqanları tezliklə əmək bazarına inteqrasiya və mənzil problemlərinin həlli üçün uzunmüddətli dəstək proqramları hazırlamağa söz verir.


Nigar Həsənli,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR