İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistana axın edən oğrular və kriminallarla bağlı YENİ DETALLAR FOTO

782 08.05.2024 16:22 Siyasət A A

Xəbər verdiyimiz kimi, Ermənistanın ictimai televiziyası Rusiyadan ölkəyə “yüzlərlə cinayətkar elementin” gəldiyini elan edib. Erməni fəal Hovsep Xurşudyan ölkənin İctimai Televiziyasında çıxışı zamanı deyib ki, onda “Kreml nəzarəti altında” Ermənistana Rusiyadan, xüsusən Soçi və Moskvadan “yüzlərlə cinayətkar ünsür” gəlməsi ilə bağlı dəqiq məlumat var. Onun sözlərinə görə, Kremlin nəzarəti altında Rusiyadan Ermənistana kriminal elementlərin köçürülməsi təxribatlar törətmək, iğtişaşları qızışdırmaq və ölkədə sabitliyi pozmaq məqsədi ilə həyata keçirilir.

Musavat.com xəbər verir ki, məsələ ilə bağlı yeni detallar açıqlanıb.

Belə ki, "Bagramyan26" teleqram kanalının məlumatına görə, kriminal elementlərin Rusiyadan Ermənistana ötürülməsi ilə bağlı məsələlərin həlli qanuni oğru Jirair Brutyana (Jiro Şaumyanski) tapşırılıb.

detail_41611a280c781bc1f87993db3.jpg (51 KB)

Jirair Brutyan

Qeyd edək ki, Brutyan Jirayr Xaçaturoviç “Jiro Şaumyanski” 1980-ci il oktyabrın 7-də İrəvanda anadan olub.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR