İnsanlara hürriyət, millətlərə istiqlal!

“Ermənistan və Qazaxıstan əlaqələrinin inkişafı Azərbaycan və Türkiyə əleyhinə deyil” - politoloq

479 15.04.2024 19:29 Siyasət A A

“Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin Ermənistana səfəri Azərbaycan və Türkiyə ilə razılaşdırılıb”.

Bu, ilginc fikri Musavat.com-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə bildirib.

Ekspert dediyini aşağıdakı qaydada əsaslandırmağa çalışıb: “Fikir versək, Türkiyə ilə sərhəddə Qazaxıstan konsulluğunun bölməsinin yaradılması deməyə əsas verir ki, rəsmi Astana İrəvanla əlaqələri Türkiyə ilə əlaqəndirir. Qazaxıstan prezidenti Ermənistanla Azərbaycan arasında tezliklə sülh müqaviləsinin bağlanmasında maraqlıdır. Qazaxıstan Avropa ilə qürur əlaqələrini Azərbaycan üzərindən qurur və Zəngəzur dəhlizinin açılması məhz bu ölkənin maraqlarına cavab verir”.

M.Əsədullazadə bildirdi ki, Azərbaycan öz ərazi bütövlüyünü təmin, suverenliyini bərpa edib: “Sadəcə, Ermənistana təzyiqlər lazımdır ki, bu ölkə yeni reallıqları qəbul etsin və sülhə imza atsın. Qazaxıstan prezidenti heç şübhəsiz ki, bu istiqamətdə Paşinyanla danışıqlar aparıb. Məhz prezident Tokayev sülhün əldə edilməsində maraqlıdır. O, Füzuli və Şuşaya səfər edib, Azərbaycanı tam dəstəkləyir. Bu səfər regional sülhə və nəqliyyat yollarının açılmasına hesablanıb. Ermənistanın elə bir iqtisadi potensialı yoxdur ki, Qazaxıstan bundan mənfəət əldə etsin. Sadəcə burada nəqliyyat yollarının açılması və regionda sülh Asmayanın iqtisadi maraqlarına cavab verir. Təbii ki, bu səfərdə KTMT, MDB və Avrasiya ittifaqındakı fəaliyyətsizliyidə müzakirə ediləcək. Əsas müzakirə predmeti Ermənistanın Türkiyə və Azərbaycanla əlaqələrinin normallaşması və kommunikasiyaların açılmasına həsr ediləcək. Ola bilər ki, Tokayev dörd kəndin Azərbaycana qaytarılmasını Paşinyanla danışacaq. Çünki bu sülh üçün əsas başlanğıcdır”. Politoloq hesab edir ki, Ermənistan və Qazaxıstan əlaqələrinin inkişafı Azərbaycan və Türkiyə əleyhinə deyil: “Ola bilər ki, Ermənistan və Azərbaycan arasında sülh danışıqları Astana seçilsin. Çünki Asatana formatı Suriya böhranı üzrə müəyyən müsbət işlər görüb”.

Elşad,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR