İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan və İranı birləşdirən nöqtə: ölkəmizə qarşı ərazi iddiası! VİDEO

2260 29.08.2022 22:51 Yazarlar A A

Azərbaycana qarşı açıq ərazi iddiası ilə çıxış edən iki qonşu dövlət var. Biri Ermənistandır, digəri İran.

İran Azərbaycan adlı dövlətin varlığını qəbul etmir, onun ərazisini özününkü sayır və zaman-zaman ifadə edir.

İranın bu iddialarının və Azərbaycana qarşı ideoloji-siyasi təxribatlarının cəmi bir "panzəhri" var. O da Vahid Azərbaycan və Azərbaycan türklərinin birləşmə ideologiyasının aktuallaşdırılması, İran daxilindəki milyonlarla tərəfdarımızın, Azərbaycan adlı dövlət üçün hər fədakarlığa hazır olan soydaşlarımızın hərəkətə gətirilməsidir.

İran bizim içimizdən adam toplayır, Qumda, Nəcəfdə və başqa yerlərdə oxutdurub, beyinlərini yuyur, özünə tərəfdar yığır...

Bizim İranın içində 30 milyon təbii tərəfdarımız - soydaşımız var.

Heç oxutdurub, xüsusi təhsil almalarına, özəl təxribat təlimləri keçmələrinə ehtiyac da yoxdur.

Qan yaddaşı və Azərbaycan sevdası bizi birləşdirib, bir hədəfə kilidləyib.

Sadəcə, bu birliyə hərəkət vermək lazımdır.

Qum uşaqlarına qarşı Təbriz, Zəncan, Meşkin uşaqlarını qaldırmalıyıq!

Hələ Tehran uşaqlarını demirəm.

Tehran bir fars şəhəri deyil!

Tehran Azərbaycan türklərinin dünya üzrə bir nömrəli şəhəridir.

Dünyanın başqa heç bir yerində 6-8 milyon azərbaycanlı eyni şəhərdə yaşamır...

Yəni İranın hər yeri elə bizik!

İran bizimdir!

İrandakı BİZİ hərəkətə gətirib, özümüzü və dövlətimizi açıq təhdidlərdən qorumalıyıq!

“Xural TV”nin efirində yayınlanan “Siyasət meydanı” verilişində bu barədə danışdıq. Verilişin həmin hissəsini oxucularımıza təqdim edirəm.

 

Rauf ARİFOĞLU

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR