İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan polisinə hücum edənlər nə istəyir?

2110 24.03.2024 19:50 Gündəm A A

Ermənistan polisi bu gün “Döyüş qardaşlığı” təşkilatının 30-dan çox üzvünü  həbs edib. Səhər saatlarından etibarən təşkilat üzvlərinin saxlanılması və ya bəziləri ilə əlaqənin kəsilməsi barədə məlumat verib.

Qeyd olunur ki, “Döyüş qardaşlığı” üzvləri Azərbaycanın qaytarılmasının tələb etdiyi Tavuş rayonunun Əskipara kəndinə soxulmağı  planlaşdırıblar.  "Döyüş qardaşlığı" Qazaxın işğal altındakı kəndlərinin Azərbaycana təhvil verilməsinə qarşı çıxaraq, müqavimət hərəkatı yaratdığını bəyan ediblər. “Döyüş qardaşlığı” kəndlərin təhvil verilməməsi üçün insanları müharibəyə səsləyir, Tavuş-Qazax sərhədində demarkasiya prosesinin icrası zamanı Azərbaycan ordusuna qarşı təxribat törətməyi planlaşdırır. Onlar bu gün ərzində Qazaxın Yuxarı Əskipara və Bağanis-Ayrım kəndlərinə daxil olmağa hazırlaşdıqlarını açıqlayıblar. İrəvan isə artıq bir müddətdir birləşmənin təxribat planları və ictimai çağırışlarından xəbərdardır. Bu səbəblə təxribata mane olmaq və kəndlərin problemsiz təhvil verilməsi üçün birləşməni zərərsizləşdirməyə çalışır. 

866872796488052ebb8cfcf96f17cf56.jpg (235 KB)

Bu gün saat 17:00 radələrində 3 silahlı vətəndaş İrəvanın Nor-Nork rayonunun polis binasına soxulmağa cəhd edib, qumbaraatan istifadə edib, nəticədə binaya daxil olmaq istəyənlərdən ikisi yaralanıb və xəstəxanaya yerləşdirilib. Onlar həbs edilənlərin azadlığa buraxılmasını tələb ediblər. Bu barədə Ermənistan Daxili İşlər Nazirliyi məlumat yayıb. Onlardan birinin isə təslim olması üçün müvafiq danlışıqlar aparılır. Başqa bir informasiyaya görə, “Döyüş qardaşlığı” polisə hücumda iştirak etməkdilərini iddia ediblər.

Ermənistan Daxili İşlər Nazirliyindən “Armenia Today”a bildiriblər ki,  polis həqiqətən də 23 nəfəri qanunsuz silah və sursat saxlamada şübhəli bilərək həbs edib. Mətbuat xidməti saxlanılanların “Döyüş qardaşları” təşkilatının üzvləri olması ilə bağlı  xəbərlərə münasibət bildirməyib.

“Döyüş qardaşlığı” tərəfindən yayımlanan  videodan belə bəlli olub ki, onlar 1 ilə yaxındır Bağanis kəndlərinin sakinlərinə təlim keçmək üçün poliqon tikiblər. Təşkilatın nümayəndəsi vurğulayıb ki, “Döyüş qardaşlığı” Ermənistan hakimiyyətinin  Əskiparanın Azərbaycana təhvil verilməsi ilə bağlı qərarına etiraz edirlər.  

esas er.jpg (263 KB)

Qeyd edək ki, martın əvvəlində  Yuxarı Əskipara kəndinə girən “Döyüş qardaşlığı” təşkilatının üzvləri  saxlanılmışdılar. Sonradan onlar Yuxarı Əskipara ərazisinə getməmək şərti ilə sərbəst buraxılmışdılar.

Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar da 8 kəndin qaytarılmasının delimitasiya prosesi çərçivəsində həll olunmasının vacibliyini vurğulamışdı. Azərbaycan baş nazirinin müavini Şahin Mustafayevin və Ermənistan baş nazirinin müavini Mqer Qriqoryanın  arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın yeddinci görüşü zamanı Qazaxın anklav olmayan kəndlərinin qaytarılması məsələsi müzakirə olunub. Yaxın zamanda prosesin həlli gözlənilir.

Musavat.com    ​

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR