ERMƏNİSTAN PARLAMENTİNDƏ PROTOKOL MÜZAKİRƏLƏRİ BAŞLADI

Maraqlıdır ki, Ermənistan parlamentinin Xarici əlaqələr komissiyasına protokollara qarşı çıxan və onun ratifikasiya ediləcəyi halda hakimiyyəti dəyişməklə hədələyən Daşnaksütun Partiyasının təmsilçisi rəhbərlik edir. Komissiyanın sədri, Daşnaksutyun Partiyası Ali Orqanın üzvu Armen Rustamyan əmindir ki, rəhbərlik etdiyi komissiya müsbət qərar çıxaracaq. Çünki komissiya üzvlərindən yalnız özü və İrs Partiyası parlament fraksiyasının rəhbəri Stepan Safaryan protokolların ratifikasiyasına qarşı çıxış edirlər: “Hazırda nisbət ratifikasiya tərəfdarlarının xeyrinədir. Təkcə mən və Safaryan əleyhinəyik. Lakin müzakirələr zamanı dəlillərimizin ümumiyyətlə təsir etməyəcəyinə əmin deyiləm”.
Armen Rustamyan prezident Serj Sərkisyanı London nitqində protokolların Ermənistan parlamentində təsdiqlənəcəyinə zəmanət verdiyinə görə tənqid edib. Xarici əlaqələr komissiyası sədrinin sözlərinə görə, parlament çoxluğuna göstəriş vermək deməkdir: “Hesab edirəm ki, bu, ölkəmizin nüfuzunun artmasına xidmət etmir. Nə deməkdir, qanuverici orqanda proseslərə qarantiya vermək? Bir halda ki, prezident öz vəzifə borcuna görə, Konstitusiya üzrə parlamentin normal iş prosesinin qarantı olmalıdır. Bu isə o deməkdir ki, əslində prezident parlament çoxluğuna necə səs verməsinə dair göstəriş verir”. Maraqlıdır ki, prezident Sərkisyan Ermənistan tərəfinin protokolları Türkiyədən sonra ratifikasiya edəcəyini bildirir, onun partiya yoldaşları isə son günlər öz müsahibələrində protokolların Türkiyədən qabaq təsdiqlənəcəyi ehtimalını istisna etmirlər. Armen Rustamyan hesab edir ki, bu fakt Ermənistan hakimiyyətinin məsələ ilə bağlı konkret konsepsiyası olmadığından xəbər verir və iqtidar, şəraitdən asılı olaraq, təsadüfi addımlar atır.
Protokolların tez təstiqlənməsi, Ermənistan parlamentinin komissiya sədrinin sözlərinə görə, təslim olmaq və Türkiyənin şıltaqlığından asılı vəziyyətə düşmək deməkdir. Ermənistan rəhbərliyinin Türkiyə tərəfinin protokolları tez imzalamasını istəməsinin səbəbini isə Armen Rustamyan iki prosesin - Qarabağ münaqişəsinin həlli və Ermənistan-Türkiyə tənzimlənməsinin - bir biri ilə bağlı olması ilə izah edir. Ermənistan istəyir ki, Türkiyə ilə sərhəd Qarabağ məsələsində istənilən irəliləyişdən daha tez açılsın. Türkiyə isə, əksinə, əvvəlcə Qarabağ məsələsinin həllində tərəqqiyə çatmaq, sonra Ermənistanla münasibətləri sahmana salmaq istəyir: “Təbii sual ortaya çıxır. Sərhəd Qarabağ məsələsinin həlli ilə açılmalı idisə, bu protokolların mənası nədir? Bütün bundan Ermənistan nə əldə etdi?” Armen Rustamyanın sözlərinə görə, Türkiyə istədiyinə nail olsa, demək olar ki, Ermənistan bütün məsələlərdə güzəşt edib.
Böyük Britaniyanın nüfuzlu nəşrlərindən “The Economist” qəzeti isə yazır ki, Ermənistanla imzalanan protokollarla bağlı Türkiyə təklənmiş durumdadır və onun ən yaxın müttəfiqi olan ABŞ İrəvanın tərəfinə keçib. Türkiyənin “qonşularla sıfır problem” strategiyasına eyhamla “Sıfır irəliləmə” başlığı atan jurnal qeyd edir ki, Ermənistan Konstitusiya Məhkəməsi Türkiyəni narahat edib və Ankara bu qərarın protokollara məhdudiyyət yaratmayacağına əmin olmaq istəyir. “Lakin bir çoxları hesab edir ki, Azərbaycanın qəzəbli reaksiyası və ölkəsində qürurlu milliyyətçilərin təzyiqləri qarşısında qalan Ərdoğan bu qərardan istifadə edərək protokolların ratifikasiyasını ləngitməyi legitimləşdirir. Ancaq Türkiyədə bu məsələdə təklənib və onun ən yaxın müttəfiqi, habelə protokolların ən böyük dəstəkçisi Vaşinqton ermənilərin tərəfinə keçib”. Məqalədə deyilir ki, yaxın zamanlarda protokolların ratifikasiyası baş verməsə ABŞ Konqresinin 1915-ci il hadisələrini “soyqırım” kimi tanıması ehtimalı artacaq. Buna cavab olaraq isə Türkiyədə anti-Amerika mövqeyi güclənə və cavab addımı kimi İncirlik bazasından amerikalıların qovulması ola bilər. Jurnal Ermənistanda da protokollara ciddi müxalifət yarandığını qeyd edir və bildirir ki, belə bir vaxtda Konstitusiya Məhkəməsinin qərarı protokollara qarşı çıxanlara dəstək kimi başa düşülə bilər.
Qeyd edək ki, protokollar məsələsi ABŞ dövlət katibinin siyasi işlər üzrə müavini Uilyam Bernsin bir gün əvvəl Ankaradakı danışıqları zamanı da müzakirə edilib. CNN Türk kanalının məlumatına görə, Berns Türkiyənin martın 4-nə qədər protokolları ratifikasiya etməsini istəyib. Həmin gün ABŞ Konqresində “soyqırım” layihəsi müzakirəyə çıxarılacaq. Berns deyib ki, əgər Türkiyə protokolların ratifikasiyası istiqamətində addımlar atsa o zaman ABŞ administrasiyası Konqresə bu müzakirələri dayandırmaq üçün təsir göstərəcək. Xarici işlər naziri Əhməd Davudoğlu isə jurnalistlərə açıqlamasında deyib ki, protokolların ratifikasiyası üçün çox şey martın 4-də Konqresdə aparılacaq müzakirələrdən asılı olacaq. Dünən isə Türkiyənin Milli Təhlükəsizlik Şurasının iclasında protokollar ətrafında yaranmış vəziyyətin müzakirə olunacağı gözlənilirdi.