İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan miqrant qəbul etməyəcək – TƏKZİB

603 15.04.2024 15:07 Son xəbər A A

Ermənistan Böyük Britaniya ilə respublikaya qanunsuz miqrantların göndərilməsi ilə bağlı substantiv və texniki danışıqlar aparmayıb.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bu məlumatı Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan səsləndirib.

"Ermənistan və Böyük Britaniyanın geniş siyasi dialoq gündəliyi var, lakin konkret nəşrdə qaldırılan məsələ ilə bağlı heç bir substantiv və texniki danışıqlar aparılmayıb", - Badalyan RİA Novosti-nin sorğusuna cavab olaraq bildirib.

Bundan əvvəl “The Times” Böyük Britaniya hökumətinin sənədlərinə istinadən xəbər vermişdi ki, Böyük Britaniya Ermənistanla, eləcə də Kot-Divuar, Kosta-Rika və Botsvana ilə qeyri-qanuni miqrantların göndərilməsi məsələsi ilə bağlı danışıqlara başlayıb. BBC-nin məlumatına görə, təkcə keçən il təxminən 30 min insan Manş boğazını qayıqla keçərək Böyük Britaniyaya daxil olub.

Yerli və xarici müşahidəçilər hesab edir ki, hüquq-mühafizə sistemi və Ermənistan hakimiyyəti Böyük Britaniyadan gələn miqrant axınının öhdəsindən gələ bilməz.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR