İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənilər Qarabağdan gedir - 200 illik qonaqlığın sonu

2244 24.09.2023 12:54 Qarabağ xəbərləri A A

Musavat.com-un ən müxtəlif qaynaqlardan, eləcə də erməni mediasından əldə etdiyi məlumatlar onu göstərir ki, Qarabağda yaşayan ermənilər oranı tərk etməyə hazırlaşır. Bunu Ermənistanın baş naziri Nikol Paşinyanın bu gün verdiyi açıqlamalar da təsdiqləyir. Azərbaycan dövləti də bildirir ki, Qarabağı tərk etmək istəyən ermənilərə heç bir maneə törədilməyəcək.

Bu iddiaları InfoPort.am-ın yeni yaydığı məlumatlar da təsdiq edir. Sayt yazır ki, qanunsuz rejimin yeni rəhbəri Samvel Şahramanyan Xocalı hava limanında olub və oraya (Rusiya sülhməramlılarına - red.) sığınan vətəndaşlara onların tezliklə Gorusa (Ermənistan) aparıla biləcəyi barədə məlumat verib.

Mənbənin sözlərinə görə, bu gün dövlət vəsaiti hesabına birinci qrup vətəndaşlar Gorusda yerləşdiriləcək. Sabah isə Xankəndini öz avtomobili ilə tərk edə biləcək vətəndaşlar üçün yol açıq olacaq. Şahramanyan, həmçinin bildirib ki, bazar ertəsi banklar açılacaq və vətəndaşlar girov qoyduğu qızılları geri ala biləcəklər.

Bu gün canlı yayında xalqa müraciət edən Paşinyan da bu barədə açıq danışıb. Sitat: "Bir daha təkrar edirəm ki, əgər "Dağlıq Qarabağ"da aparılan danışıqlar nəticə verməsə, o zaman Ermənistan Respublikası erməni qardaş və bacılarımızı böyük qayğı ilə qarşılayacaq".

O bildirib ki, qondarma "artsax" sakinlərinin təhlükəsiz yaşaması üçün beynəlxalq mexanizmlər tapılmasa, o zaman Ermənistan Respublikası onları ölkədə qəbul etməyə hazırdır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR