İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənilər Qarabağa ancaq BELƏ gələ bilər - Deputat AÇIQLADI

1699 30.03.2024 19:25 Qarabağ xəbərləri A A

"Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkinin "Rusiya üçün ermənilərin Qarabağa qayıtması, öz tarixi vətənlərində yaşaması vacibdir və Rusiya sülhməramlılarının bölgədə olması məsələnin həll olunmadığını göstərir" deməsi təxribatdır. Kopırkin ilk növbədə Ermənistan sərhədlərindən qovulan Rusiya hərbçilərindən və yaxud Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını boykot etməsindən danışsın, 102-ci hərbi bazanı Gümrüdən çıxararaq ABŞ hərbi bazası ilə əvəz etmək üçün çalışmasına münasibət bildirsin".

Bu fikirləri Musavat.com-a millət vəkili Azər Badamov deyib.

badam.jpeg (279 KB)

Millət vəkili vurğulayıb ki, Azərbaycanın suveren əraziləri ilə bağlı fikir bildirməyə Kopırkinin haqqı yoxdur:

"Kopırkin birmənalı şəkildə bilməlidir ki, Azərbaycan öz ərazilərində suverenliyini bərpa etməklə məsələni başa çatdırıb. O cümlədən Qarabağ heç vaxt ermənilərin tarixi torpağı olmayıb və olmayacaq. Qarabağın əzəli sakinləri yavaş-yavaş ora qayıdırlar. Ermənilərin Qarabağa gəlməsi məsələsi ölkələrimiz arasında sülh müqaviləsi imzalanandan sonra ancaq dövlətimizin icazəsi ilə turist kimi ola bilər. Digər variant yoxdur. Kopırkin ermənilərin Qarabağa qayıtmasından danışırsa, azərbaycanlıların Qərbi Azərbaycana qayıtmasından da danışsın".

Azər Badamov Qarabağdakı sülhməramlıların qalıb-qalmayacağı məsələsini də şərh edib:

"Onların Qarabağda qalması məsələsinə də çox qalmayıb. Gələn il onlar özləri ilə gətirdiklərini yığışdırıb gedəcəklər. Rusiya sülhməramlılarının Qarabağda görməyə bir işləri də qalmayıb. Bu gün Rusiyanın özünün Ukraynada xüsusi hərbi əməliyyatının davam etdirilməsi üçün orduya ehtiyacı var. Bu baxımdan Qarabağdakı sülhməramlılar Rusiyanın özünə çox vacibdir və onları aparıb lazımi yerdə saxlasa, daha yaxşı olar".

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR