İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni sakin: "Azərbaycanlılarla çox yaxşı münasibətlərim olub, Bakıdakı dostlarımla..." - VİDEO

1561 26.09.2023 15:11 Qarabağ xəbərləri A A

"Hesab edirəm ki, iki xalqın düşmən olmasına səbəb Mixail Qorbaçov oldu".

Musavat.com "Report"a istinadən xəbər verir ki, bunu Qarabağın erməniəsilli sakini Slava Usebyan deyib.

Onun sözlərinə görə, azərbaycanlılarla həmişə münasibətləri yaxşı olub, duz-çörək kəsib:

"Mən Xankəndidə, eyni zamanda Bakıda da yaşamışam. Orta məktəbi də elə paytaxtınız Bakıda bitirmişəm. Bakıda “Montin” qəsəbəsində qalırdım. Azərbaycanlılarla duz-çörək kəsmişəm, çox yaxşı insani münasibətlərimiz olub. Allah etsin, yenidən mehribançılıq olsun. İki evimi, eşiyimi qoyub çıxdım Xankəndidən. Yanğından mühafizə idarəsində rəis müavini vəzifəsində çalışmışam. Bakıdakı dostlarımla olan şəkillərimi hər zaman saxlayırdım. Erməni tərəfi düşünür ki, məni burada saxlayıblar. Amma çox rahat şəkildə heç bir təzyiq olunmadan keçid edirəm".

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR