İnsanlara hürriyət, millətlərə istiqlal!

Ən yaxşı universitetlər siyahısında Azərbaycanın iki təhsil ocağı var

2457 08.06.2017 15:32 Son xəbər A A

Böyük Britaniyanın “Quacquarelli Symonds” konsaltinq şirkəti dünya universitetlərinin reytinqini açıqlayıb. Novator.az-ın məlumatına görə, siyahıda Azərbaycanın iki universitetinin adı var. Xəzər Universiteti 701-750-ci yerlər arasında, Bakı Dövlət Universiteti 801-1000-ci yerlər arasında göstərilir.

Ən yaxşı universitetlər siyahısına ABŞ-ın Massaçusets Texnologiya İnstitutu başçılıq edir.

İkinci yerdə Stenford Universiteti, üçüncü yerdə Harvard Universiteti, dördüncü yerdə Kaliforniya Texnologiya İnstitutu (hamısı ABŞ) gəlir.

Böyük Britaniyanın Kembric Universiteti, Oksford Universiteti, London Kollec Universiteti, London İmperiya Kolleci sonrakı yerləri tuturlar.

İlk onluğu Çikaqo Universiteti (ABŞ), İsveçrə Federal Texnologiya İnstitutu qapayır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR