İnsanlara hürriyət, millətlərə istiqlal!

Ən titullu futbolçunun ölüm xəbəri yayıldı

1157 10.03.2024 12:30 İdman A A

Braziliyalı jurnalist Paulo Albukerke "Barselona"nın və Braziliya millisinin sabiq müdafiəçisi, dünyanın ən titullu futbolçusu Dani Alveşin intiharı ilə bağlı xəbər yayıb.

Musavat.com xəbər verir ki, o X sosial şəbəkəsində yazıb: "Mən Daniel Alveşin intihar etdiyi barədə məlumat aldım".
Bu xəbər saatlar əvvəl yayılsa da, məlumat rəsmi təsdiqini tapmayıb.

Xatırladaq ki, karyerasının sonunda “Barselona”nın və Braziliya millisinin əfsanəsi, 41 yaşlı Dani Alveş seks qalmaqalına düşüb. Müdafiəçi Kataloniyanın paytaxtında gecə klubunda qıza təcavüz etməkdə ittiham olunur.

Ötən ilin yanvar ayında həbs edilən futbolçu 4,5 il azadlıqdan məhrum edilib.

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR