İnsanlara hürriyət, millətlərə istiqlal!

Əməkdaşımız "Çingizli" müsabiqədə qalib gəldi - FOTOLAR 

1161 01.09.2023 22:08 Media A A

Milli Qəhrəman Çingiz Mustafayevin 63 yaşı münasibətilə hərbi vətənpərvərlik mövzusunda ənənəvi "Ən yaxşı yazı" müsabiqəsinin qalibləri mükafatlandırılıb.

Musavat.com-un xəbərinə görə, müsabiqəyə təqdim olunmuş yazılarda aşağıdakılara üstünlük verilib:

-  Materialların nəzərdə tutulan mövzunu dolğun əhatə etmə səviyyəsi, faktlardan istifadə xüsusiyyətləri və araşdırmanın keyfiyyəti.

- 2023-cü il avqustun 27-dək olan müddətdə qəzet, jurnal və informasiya agentliklərində, həmçinin xəbər saytlarında gedən yazılar.

Beləliklə, "anspress.com" portalının yazarı Cahan Əliyeva,  "Yeni Müsavat" Media Qrupunun redaktoru Aytən Novruz və "Günün səsi" portalının yazarı Gülər Əhmədova qalib olub.

Çingiz Mustafayev adına Fondun prezidenti Seyfulla Mustafayev və fabrikin direktoru Orxan Məmmədov qalibləri təbrik edərək, onlara şəhadətnamə, VMF saat fabrikinin Milli Qəhrəman Çingiz Mustafayevin 63 yaşı münasibətilə keçirilən “Ən yaxşı yazı” müsabiqəsinin qalibləri üçün xüsusi olaraq istehsal etdiyi saat və VMF eynəyi təqdim edib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR