İnsanlara hürriyət, millətlərə istiqlal!

Əməkdar incəsənət xadimi VƏFAT ETDİ - FOTO

1483 01.08.2023 21:50 Mədəniyyət A A

Əməkdar incəsənət xadimi, Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Cəmil Fərəcov vəfat edib.

Musavat.com xəbər verir ki, bu barədə Azərbaycan Kinematoqrafçılar İttifaqı məlumat yayıb.

77 yaşlı kinorejissorun uzun sürən xəstəlikdən sonra dünyasını dəyişdiyi bildirilir.

Qeyd edək ki, Cəmil Əliqulu oğlu Fərəcov 13 fevral 1946-cı ildə Bakıda anadan olub. 1969-cu ildə Azərbaycan Neft və Kimya İnstitutunu Leninqrad Dövlət Teatr, 1974-cü ildə isə Musiqi və Kinematoqrafiya İnstitutunun rejissorluq fakültələrini bitirib.

1970-ci ildən "Azərbaycanfilm" kinostudiyasında işləyən kinorejissorun "Arvadım Mənim, uşaqlarım mənim" , "Azərbaycan" dünyanı gəzir", "Azərbaycan"da dəniz səyahəti", "Ağır şkaf", "Axırıncı maqın sonu" kimi onlarla filmi lentə alıb.

13387098.jpg (80 KB)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR