İnsanlara hürriyət, millətlərə istiqlal!

Elxan Süleymanovdan seçicilərinə və uşaqlara Yeni il hədiyyəsi

1089 04.01.2019 12:13 Ölkə A A

Yeni il bayramı günlərində ənənəvi olaraq, Şamaxının millət vəkili Elxan Süleymanovun adından rayonun 22 uşaq bağçasında tərbiyə alan 1200-dən artıq uşağa Yeni il hədiyyələri təqdim edilib.

Bu barədə müsavat.com-a Elxan Süleymanovun Qərargahından məlumat verilib. Ümumilikdə 80 ailəyə, Qarabağ müharibəsi və 20 yanvar şəhidlərinin ailələrinə Yeni il sovqatları çatdırılıb.

3 yanvarda isə millət vəkilinin səlahiyyətli nümayəndəsi Dəyanət Musayev Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzində Sabir bədii qiraət müsabiqəsinin 12 qalibinə və son illər ərzində yüksək balla ali təhsil müəssisələrinə daxil olmuş 53 şamaxılı gəncə Elxan Süleymanovun hədiyyələrini çatdırıb.

Qeyd edək ki, E.Süleymanov bütün bayramlarda seçicilərini bu şəkildə təbrik edir.  

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR