İnsanlara hürriyət, millətlərə istiqlal!

Elşəndən Zaura: Niyə başqa verilişə çıxmaqdan qorxursan?

2020 31.03.2024 18:16 Şou-biznes A A

Aktyor Elşən Orucov "Zaurla günaydın" verilişində aparıcı Zaur Baxşəliyevə iradını bildirib.

Musavat.com teleqraf.com-a istinadən xəbər verir ki, Elşən Orucov Zaur Baxşəliyevə "Fəlidən doğru xəbər" verilişinə gəlmək üçün söz vermişdin, amma gəlməmişdin. Niyə başqa verilişdə iştirak etməkdən qorxursan" sualı ilə müraciət edib.

Zaur Baxşəliyev Elşən Orucova "Mənim qorxacaq heç nəyim yoxdur ki, getməyim. Xəzər televiziyasında qonaq da olmuşam. Mən hər şeyə açıq adamam. Yeddi gün efirdəyəm, "yutub", "İnstaqram" və "TikTok" platforması üçün layihələr edirəm. Ona görə vaxt edə bilmirəm, yoruluram. Sənə o qədər sevgim, hörmətim var ki... Həm də mən hörmət etdiyim yerə gedirəm. Kimə daha çox hörmətim varsa, ora gedirəm. Sənə dediyim kimi şəxsən hörmətim böyükdür. Mənim "Fəlakət"ə hörmətim yox idi (gülür). "Fəlidən doğru xəbər" verilişinə qonaq getməyə söz vermişdim, getməmişdim. İndi veriliş çək, gəlim iştirak edim", - deyə cavab verib.

Elşən Orucov isə artıq verilişin yayımlanmadığını vurğulayıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR