İnsanlara hürriyət, millətlərə istiqlal!

Əlövsət Əliyev: “Məni 20 gün şəraitsiz, çətin şərtlər altında türmədə saxladılar...”

5989 18.05.2016 14:42 Son xəbər A A

Hüquq müdafiəçisi, Almaniyada mühacir həyatı yaşayan Əlövsət Əliyevin Ukraynada saxlanması barədə xəbər vermişdik. Ukraynanın http://qha.com.ua saytı bu barədə geniş məqalə yazıb. Musavat.com xəbər verir ki, məqalə Ə.Əliyevin məhz bu mövzu ilə bağlı keçirdiyi “Postmaydan Ukraynası: avtoritar ölkələrin xüsusi xidmət orqanları ilə əməkdaşlıq davam edir?” mövzulu mətbuat konfransından hazırlanıb. 

Saytın yazdığına görə, Ə.Əliyevin həbsi onun Ukraynaya səfəri zamanı baş verib. Sonuncu sözügedən ölkəyə rəhbəri olduğu “Miqrantlara hüquqi yardım” mərkəzinin filialını açmaq üçün gedib. Aprelin ortalarında o, qaçqın kimi yaşadığı Almaniyaya qayıtmaq istəyəndə isə “Borispol” aeroportunda onu Ukraynanın xüsusi xidmət orqanlarının əməkdaşları saxlayıblar və İnterpolun beynəlxalq axtarışında olduğunu deyiblər. “Mən bilmirdim ki, beynəlxalq axtarışdayam. Sərhədçi mənim qaçqın olmağımla bağlı sənədə fikir vermədi və başqa sənəd istədi. Bundan sonra mən ona Azərbaycan vətəndaşlığımı təsdiqləyən pasportu verdim. O, skanerdə hər iki sənədi  yoxladı və axtarışda olduğumu təsdiqlədi”. 
Bunu da konfransa Ə.Əliyev deyib. Bundan sonra hüquq müdafiəçisi bir neçə saat aeroportda saxlanıb. Ardınca isə bölüşdrüb-paylama məntəqəsinə göndərilib ki, burda da kiçik, demək olar ki, boş otaqda 2 sutka qalıb. 19 apreldə isə Borispol prokurorluğunda hüquq müdafiəçisinə bildirilib ki, o, vəkili ilə məhkəmədə görüşə bilər: “Məni məhkəməyə gətirəndə orda vəkil və tərcüməçi var idi. Onlar isə araşdırma mərhələsində iştirak etdilər. Məhkəmə qərar üçün çıxanda həm vəkilim, həm də tərcüməçi getdi. Hakim gəldi və qərarı elan etdi, mənsə heç nə anlamadım. Mən prokurora qərarın nə olduğunu öyrənmək üçün müraciət edəndə isə aydın oldu ki, məni 25 günlüyünə saxlayıblar”. 

Bundan sonra, 6 mayda isə Kiyev Apellyasiya Məhkəməsi Borispol məhkəməsinin verdiyi qərarı qanunsuz hesab edərək, Ə.Əliyevin azadlığa çıxması barədə qərar qəbul edib. Amma həmin vaxta qədər hüquq müdafiəçisi 20 gün çətin şərtlər altında, heç bir beynəlxalq qurumla əlaqə saxlamaq imkanı olmadan türmədə qalıb: “Otaqda 20 çarpayı var idi. Amma orda daima 26-27 adam olurdu, ona görə də növbə ilə yatmaq zorunda qalırdıq. Mən keçmiş polis işçisi olsam da, bunu türmədəkilərə desəm də, həbsimin sonuncu gününə qədər digər məhkumlarla eyni kamerada qaldım. Saxlandığım müddət ərzində bir dəfə də olsun ət, balıq, toyuq, yumurta, tərəvəz, meyvə, pendir, yağ və çay verilmədi. Kameralarda dəhşətli antisanitariya hökm sürürdü. Bir dəfə də olsun odeyal, balış, yorğan, yataq üzü, eləcə də gigiyena üçün vacib olan əşyaları almadım. Beynəlxalq təşkilatlar, habelə Dövlət Miqrasiya Xidməti ilə əlaqə saxlaya bilmədim”. 

Bundan başqa, həbs olunan zaman hüquq müdafiəçisinin yanına Azərbaycanın hakimiyyət orqanlarından gəliblər və onu ekstradisiya üçün razı salmağa çalışıblar. 

Ə.Əliyevin vəkili Dmitri Morqun isə deyib ki, Ukraynada da Avromaydandan ötən 2 ildə qanunvericilik sahəsində hər hansı islahat edilməyib. Bundan başqa, baş vermiş bu hadisə Ukraynanın beynəlxalq öhdəliklərə əməl etmədiyinin sübutudur. 
Hazırda isə Ə.Əliyev öz vəkili ilə pozulmuş hüquqları ilə bağlı Avropa İnsan Haqları Məhkəməsinə müraciət edib. 

Sevinc TELMANQIZI, müsavat.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR