İnsanlara hürriyət, millətlərə istiqlal!

Əli Kərimli və dəstəsinin növbəti xainliyi - Daxildə qarışıqlıq yaradıb, Qərbə qapı açırlar...

2330 15.04.2024 16:18 Siyasət A A

Dünyanın bir çox iri dövlətlərində sabitlik pozulub, müharibə, çətinlik, gərginlik var.

Uzağa getmirik, elə bizim şimal və cənub qonşumuzu götürək. Müharibə, terror, partlayışlar və digər bu kimi neqativ xəbərlər səngimir.

Hazırda dünyada cərəyan edən mürəkkəb proseslər, qanlı toqquşmalar fonunda Azərbaycan bir növ təhlükəsizlik adasına bənzəyir. Burada sabitlik hökm sürür, dövlətimizin apardığı siyasət nəticəsində böyük qüvvələrin oyunları pozulur, vətəndaşlarımız bu qarışıqlıqdan kənarda, sakit şəkildə yaşayırlar.

Ancaq təbii ki, buna mane olmaq istəyən xarici qüvvələr dayanmırlar. Hazırda Cənubi Qafqazın da döyüş arenasına çevrilməsi planlarının işə salındığı müşahidə olunur.

Sözsüz ki, bu məsələdə Ermənistandan alət kimi istifadə edilir. Ermənistanda Aİ missiyası, 5 aprel 3 tərəfli görüşü, 4 kənd üzərində danışıqlar və digər baş verənlərlə bağlı geniş şəkildə yazmışıq. Yəni oxucu artıq qlobal güclərin, Qafqazda gərginlik yaratmaq, dünyanı yenidən bölmək istəyənlərin məqsədlərindən xəbərdardır.

Qərbin məkrli siyasətini həyata keçirməyə imkan verməyən səbəblərdən biri də Azərbaycandakı birlik, vətəndaşın Prezidentinin ətrafında sıx birləşməsi faktorudur. Bu gün xarici qüvvələr bunu məhv etmək üçün daxildəki havadarlarından da istifadə etməyə qərarlıdırlar.

İLHAM ESGER.jpg (246 KB)

Yenə də Əli Kərimli və onun ətrafı seçilib, özlərini önə atıblar.  

Əli Kərimli və dəstəsi aprelin 21-nə mitinq təyin edib. Açıqlamalarında deyiblər ki, tələbləri  parlament seçkilərinin keçirilməsi, siyasi məhbusların azad edilməsi, korrupsiyaya qarşı mübarizə, sosial və iqtisadi problemlərin həllidir. İllər ötdü, hər şey dəyişdi, onların şüarları və əsassız tələbləri isə eyni qalıb. İnkişaf da etmək istəmirlər. 

ALİ SON.jpg (320 KB)

Hər kəsə bəllidir ki, əsl məqsəd cəmiyyətdə qarşıdurma yaratmaq, yuxarıda dediyimiz sabitliyi pozmaq, xarici qüvvələrin ölkəmizə nüfuz edərək istədikləri siyasəti yürütmələrinə şərait yaratmaqdır.

Regionda və dünyada yaşanan hadisələr fonunda insanların küçə iğtişaşlarına dəvət olunması xainlik və məsuliyyətsizlikdir.

Planlaşdırılan mitinq məkrli qrantların sifarişidir. Yanıbaşımızda İsrail-İran, Rusiya-Ukrayna savaşının getdiyi bir zamanda, Ermənistanın hər gün bir bəhanə ilə hələ də razılaşdırılmayan sərhədə silah yığdığı ərəfədə daxildə qarışıqlıq yaratmaq kimə xidmət edir?

İndi mitinq elan edən dəstə son illər bütün seçkiləri boykot edir, heç bir normal siyasi prosesə qatılmır. Səbəb də bəllidir - gücləri yoxdur, xalqın yanında hörmətləri, avtoritetləri sıfırdır.

Azərbaycanda bu gün radikal müxalifətin fəaliyyəti ancaq sosial şəbəkə üzərində - like formatında qalıb. Xüsusilə də Vətən müharibəsindən sonra Azərbaycandakı birliyi heç bir qüvvə poza bilmir. Ona görə də Əli Kərimli və onun dəstəsi 3 ildən çoxdur ki, qrantsız qalıb, qarışıqlıq yarada bilmirlər, “yiyələri” pul ödəmir. Onlar da indiki zamanı fürsət bilib, qazanc əldə etmək istəyirlər.

Siyasi dialoqu inkar edən və sağlam rəqabətə hazır olmayan radikalların hər zaman olduğu kimi, tək ümidi küçə iğtişaşlarıdır.

Heç şübhəsiz ki, Azərbaycan xalqı bu kimi oyunlara getməyəcək və yenə də qarışıqlıq yaratmaq istəyənlərin arzuları ürəklərində qalacaq.

Radikallar siyasi dialoqu inkar etməklə siyasətdə mövcudluqlarına dair mənəvi haqlarını itiriblər.

Bu gün Azərbaycan regionda sabitləşdirici faktor kimi çıxış edir. Ona görə də daxildə buna mane olmaq xainlik, yuxarıda da qeyd etdiyimiz kimi, məsuliyyətsizlikdir.

Qafar Səfərli,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR