ELÇİBƏYİN KÖMƏKÇİSİ İLƏ BAĞLI İLHAM ƏLİYEVƏ MÜRACİƏT EDİLDİ
Müraciətdə deyilir: “Hörmətli cənab Prezident! Sizə müraciət etməyimizin səbəbi 1992-ci ildən Azərbaycan Respublikasının sabiq prezidenti və Milli Azadlıq Hərəkatının lideri mərhum Əbülfəz Elçibəyin köməkçisi vəzifəsində çalışmış Qasımov Oqtay Yusif oğlunun ailasinə qarşı edilən haqsızlıq va ədalətsizlikdir. O.Qasımovun valideynləri 1988-ci ildə Ermənistan Respublikasından qaçqın düşərək Bakı şəhərinə gəlib va oradakı evlərini 04.07.1989-cü il tarixdə Yeni Günəşli qəsəbəsi ”A-B" yaşayış massivi, ev 127 mənzil 39 ünvanda yaşayan Əmiryan Rafaellə dəyişərək həmin ünvanda 03 iyun 1991-cü il tarixədək yaşayıblar. Ayaz Mütəllibovun hakimiyyəti dövründə Ermənistan qaçqınlarını Bakıdan köçürmə kompaniyası zamanı O.Qasımovun da ailə üzvlərini polis gücünə Hadrut (Xocavənd) rayonunun Dolanlar kəndinə göndəriblər. Sonra həmin kənd işğal edildiyindən, onlar Bakıya qayıdıb Ermənistan Respublikasındakı evlərini dəyişdikləri Bakı şəhəri Yeni Günəşli qəsəbəsi “A-B” yaşayış massivi, ev 127 mənzil gəldikdə məlum olub ki, onlara məxsus olan mənzil sahəsi Suraxanı Rayon Polis İdarəsində (hazırda Bakı şəhər Bas Polis İdarəsində) işləyən polis zabiti Əliyev Babək tərəfindən qanunsuz zabit edilibdir".
Müraciətdə Ermənistandan qaçqın düşmüş Roza Tağıyevanın (Oqtay Qasımovun anası) mənzil hüquqlarının bərpası ilə əlaqədar Suraxanı Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 23.10.1992-ci il tarixli qətnaməsi, o cümlədən Suraxanı rayon məhkəməsinin 16.12.2008-ci il tarixli qətnaməsi və Apelyasiya Məhkəməsinin 03.03.2009-cu il tarixli qətnaməsinin çıxarıldığı və bundan sonra baş verən ədalətsizlik xatırladılır: “25.06.2009-cu il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə Kollegiyasında keçirilən iclasda hakim Akif İsgəndərov Bakı Apellyasiya Məhkəməsinin 03.03.2009-cu tarixli qətnaməsini ləğv etməklə yenidən baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar çıxarıb. Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi Akif İsgəndərov tərəfindən maddi və prosessual qanunvericiliyinin tələblərinə istinad edilməklə hüquqi qarar çıxarılmamış, iddiaçının oğlu Qasımov Oqtay Yusif oğlunun mərhum prezident Ə.Elçibəyin köməkçisi olması əsas götürülməklə siyasi mövqe nümayiş etdirilərək qərar qəbul edilmişdir”.
Deputatlar İlham Əliyevdən Azərbaycan Respublikasının qanunlarının təminatçısı kimi iradə ifadə etməsini və 18 sentyabr 2009-cu il tarixdə Bakı Apellyasiya Məhkəməsində hakim Mehdi Əsədovun sədrliyi ilə keçiriləcək məhkəmə baxışını nəzarətə götürməsini, mülki mübahisə ilə əlaqədar ədalətli və qanunvericiliyin tələblərinə əməl edilməklə qətnamə çıxarılmasına yardımçı olmasını xahiş edirlər.