İnsanlara hürriyət, millətlərə istiqlal!

Əl və ayaqlardakı bu hiss şəkər xəstəliyinin əlaməti imiş - DİQQƏTLİ OLUN

1592 04.04.2024 17:30 Səhiyyə A A

Əl və ayaqlarda uyuşma diabetin əsas əlamətlərindən hesab oluna bilər.

Musavat.com xəbər verir ki, bu barədə Türkiyənin məşhur endokrinologiya və metabolik xəstəliklər mütəxəssisi Esra Tutal xəbərdarlıq edib.

Diabetin əlamətlərindən danışan həkim bildirib ki, şəkər xəstəliyi müxtəlif simptomlarla özünü göstərir:

 “Susuzluq, çox su içmək və tez-tez sidiyə çıxmaq, arıqlamaq, təkrarlanan infeksiyalar, əl və ayaqlarda uyuşma, daha ciddi hallarda isə koma şəkər xəstəliyinin əsas əlamətləridir".

O qeyd edib ki, şəkərli diabet ömür boyu davam edən xroniki xəstəlikdir:

"Müalicə ilə qan şəkəri normal hədlərə çatdırıla bilər. Qan şəkərinin normal həddə olması insanı şəkərin mənfi təsirlərindən qoruyur. Buna görə də şəkərli diabeti azaldan dərmanlar vaxtında və müntəzəm istifadə edilməlidir".

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR