İnsanlara hürriyət, millətlərə istiqlal!

Ekspert: “Dini məsələlərdə kənar müdaxilələrin qarşısını almaq istəyiriksə...”

619 18.03.2022 08:40 KİVDF layihələri A A

“Din sahəsində peşəkar kadrlar yetişdirilməlidir”

Hazırda bütün dünyanın diqqəti Rusiya-Ukrayna müharibəsinə yönəlib. Ukrayna Pravoslav Kilsəsinin rəhbəri, mitropolit Epifaninin açıqlaması maraq doğurub. O bildirib ki, düşmənin ölümünü arzulamaq və rus işğalçılarını öldürmək günah deyil: “Biz xalq olaraq qonşumuzun ölümünü axtarmırıq. Amma onlar evimizə soxulandan sonra ailəmizi, Vətənimizi, torpağımızı müdafiə etməyə məcburuq. Əsgərlərimiz bütün ukraynalıları qoruyur. Ölkəni qorumaq, öldürmək günah deyil. Biz qoruyuruq, başqasının torpağına hücum etmirik. Bizə qılıncla hücum edən elə o qılıncla da öləcək”, - mitropolit Epifani vurğulayıb.

Kilsə rəhbərinin “Rusiya işğalçılarını öldürmək günah deyil” açıqlaması isə təəccüb doğurur. Düzdür, Epifaninin açıqlaması yanlış deyil, işğalçıya qarşı müdafiə çağırışdır. Amma bu prosesləri izlədikcə, 44 günlük Vətən müharibəsi, haqq savaşımız bir lent kimi göz önünə gəlir. O zaman dindarlarımızın mövqeyi isə nümunə göstəriləcək səviyyədə, olduqca təqdirəlayiq idi. Onlar hər zaman insanları, dünyanı sülhə çağırır, düşmən olsa belə, hər hansı xalqa zülm edilməsinin tərəfdarı olmadıqlarını dilə gətiriblər. Biz öz torpaqlarımızı ədalətlə, haqla, sivil əhaliyə, insanların heysiyyətinə toxunmadan geri qaytardıq. Yalnız bu deyil, tarix boyu ölkəmizdə başqa dindən olan millətlərə, digər dini ayinlərə, hətta dini abidələrə belə hörmətlə yanaşılıb.

Kamal Səlimov: "Mən sizin səsinizi ən ali orqandan - qanunvericilik  orqanından səsləndirə bilərəm!" - YouTube

Kamal Səlimov

Bizimlə söhbətdə AĞ Partiya İdarə Heyətinin üzvü Kamal Səlimov da ölkəmizdə dini tolerantlıq sahəsində aparılan uğurlu addımlardan danışıb: “Din, millət, millilik anlayışları  geniş aspektdən dəyərləndirəcəyimiz təqdirdə heç şübhəsiz ki, mövzunun təməlində ideologiyanın varlığı müşahidə edilir. Bəs ideologiya nədir? İdeologiyanın bütün təriflərindən əvvəl, bu anlayışı  praktik olaraq izah etmək üçün deyə bilərik ki, ideologiya dünyanı dərk etmək üçün istifadə olunan və dünyanın necə bir yer olduğunu açıqlayan bir dünya görüşü anlayışıdır. Yəni paradiqma məsələsidir. Hər bir fərd bu və ya digər şəkildə bir ideologiyaya ”sığınır" və dünyada özünə cığır çəkməyə çalışır. Əminliklə qeyd edə bilərəm ki, “Dini və milli tolerantlıq” başlığı ilə ictimaiyyətin fikri alınsa, rəy sorğuları keçirilsə, ekspert rəylərinə müraciət edilsə, hər kəs eyni fikirləri səsləndirər. Ölkəmiz insanların birgəyaşayışı üçün dünyada ilk yerlərdə olan ölkələr sırasındadır. Ölkəmizdə tarixən milli və dini tolerantlıq hökm sürür. İnsanlar hansı dinə, dilə, millətə mənsub olmasından asılı olmayaraq, bu zəmində hər hansı bir qarşıdurma yaşamadan dostluq və əmin-amanlıq şəraitində yaşayırlar. Paytaxt və bölgələrimizdə yaşayan etnik qrupların bir çoxu bir kənd, bəzən də bir neçə ailə ilə təmsil olunurlar. Əsrlərdir ki, onlar əmin-amanlıq şəraitində yaşayır, kimsə tərəfindən təzyiq görmür, dilini, mədəniyyətini, adət-ənənələrini də nəsil-nəsil yaşadırlar. Hər kəs özünün dini inancını sərbəst şəkildə icra edə bilir. Hətta biz birbaşa dövlət dəstəkli yerli və beynəlxalq proqramları örnək göstərə bilərik".

K.Səlimov qeyd edib ki, ölkəmizdə milli, dini tolerantlığın yüksək səviyyədə olmasının nəticəsidir ki, 2016-cı il Azərbaycanda “Multikulturalizm ili”, 2017-ci il isə “İslam Həmrəyliyi ili” kimi qeyd edilib: “Azərbaycan artıq 5 dəfə Beynəlxalq Humanitar Foruma, Dünya Dini Liderlərinin Zirvə Görüşünə, Bakı BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumuna, 4-cü dəfə mədəniyyətlərarası dialoqun müzakirəsinə uğurla ev sahibliyi edib. Biz hökumət bu məsələdə rasional addımlarla uğurlu siyasət həyata keçirir. Amma bu yetərli deyil, zaman-zaman bu mövzularda ölkəmizə xaricdən müəyyən ”əllər" uzanmağa cəhd edir. Onlar müxtəlif vasitələrdən istifadə edərək, bəzən öz xeyirləri naminə müxtəlif formada qarışıqlıq yaratmağa cəhdlər edirlər. Düzdür, buna nail ola bilməsələr də, bütün hallarda gələcəkdə bununla bağlı təhlükəli vəziyyət yarana bilər, çünki zaman-zaman Qərbə yönəlik təbliğatlar, gənclərin müəyyən təriqətlərə cəlb olunması, yaxud təriqətlər arasında münaqişələrin yaranmasına cəhdlərı görürük. Məsələnin həlli yolunu milli təfəkkürdə olan, peşəkar kadrların yetişdirilməsində görürəm. Bu kadrlar eyni zamanda  gələcək nəslin vətənpərvər ruhda yetişməsinə, milli, dini adətlərimizin qorunmasına böyük töhfə verə bilərlər. Ümumiyyətlə, dini, milli sahədə təhlükəsizliyin, kənar müdaxilələrin qarşısını almaq istəyiriksə, vəzifədə olan səlahiyyətli şəxslərin seçilməsinin də böyük rolu var, çünki bu şəxslər dini mövzuda həssas olan qruplarla daima işləməyi bacarmalıdır".

Afaq MİRAYİQ

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR