İnsanlara hürriyət, millətlərə istiqlal!

Əflatun Amaşova Mətbuat Şurasının təbrik plaketi verilib-FOTO

812 16.03.2023 13:03 Media A A

Mətbuat Şurasının İdarə heyətinin üzvü, "Xalq qəzeti"nin baş redaktoru Əflatun Amaşova Şuranın sədri Rəşad Məcid tərəfindən təbrik plaketi verilib. 

Musavat.com xəbər verir ki, bu barədə Mətbuat Şurasının facebook səhifəsində məlumat yayılıb. 

Məlumatda aşağıdakılar bildirilir:

"Mətbuat Şurasının sədri Rəşad Məcid Şuranın İdarə Heyətinin üzvü, “Xalq qəzeti”nin baş redaktoru Əflatun Amaşovun 2003-cü il martın 15-dən 2022-ci il sentyabrın 24-dək (Azərbaycan jurnalistlərinin VIII qurultayınadək) Mətbuat Şurasının sədri kimi səmərəli fəaliyyətini nəzərə alaraq, ona Şuranın 20 illiyi ilə bağlı təbrik plaketini təqdim edib.


Ə.Amaşov göstərilən etimada görə təşəkkürünü bildirməklə yanaşı, MŞ-nin yaranmasında və fəaliyyətində əməyi keçən hər kəsin ən xoş sözlərə layiq olduğunu dilə gətirib".

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR