İnsanlara hürriyət, millətlərə istiqlal!

Dünyanın ən gülməli heyvan FOTOLARI

2558 24.11.2023 18:24 Maraqlı A A

Böyük Britaniyanın "Comedy Wildlife Photo Awards" mərasimində münsiflər ən gülməli fotoları tapmaq üçün 85 ölkədən 1800-dən çox heyvan şəklinə baxıblar.

Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, 2023-cü ilin qalibi gitaraçı pozasında kenqurudur.

image.jpg (41 KB)

Belə ki, dişi boz kenquru şəklini fotoqraf Ceyson Mur səhər tezdən Avstraliyanın Pert şəhərinin kənarındakı tarlada çəkib. Buna görə, o, evdə hazırlanmış kubok, foto çanta və Keniyanın Masai Mara şəhərində bir həftəlik safari qazanıb.

Qeyd edək ki, 6 kateqoriya qalibi arasında gənc fotoqraf Yaçek Stankeviç "Mübahisə" adlı qəzəbli yaşıl quşların fotoşəkilinə görə mükafat qazanıb.

image (1).jpg (48 KB)

"Sualtı dünya" kateqoriyasında sinqapurlu fotoqraf Otter Kvek tərəfindən çəkilmiş balerina üslubunda su samurunun fotoşəkili qalib olub.

image (2).jpg (93 KB)

Belə ki, daha 10 əsər yüksək qiymətləndirilib. Onların arasında süni bığ yerinə quyruğundan istifadə edən zərif meymun və cırcırama ilə dostluq edən həvəsli tısbağa da var.

image (3).jpg (25 KB)

image (4).jpg (91 KB)

image (5).jpg (16 KB)

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR