İnsanlara hürriyət, millətlərə istiqlal!

Pakistanda partlayış törədilib: 1 ölü, 23 yaralı

452 19.04.2016 22:44 Dünya A A
Pakistanın şimal-qərbində yerləşən Xeybər-Pahtunhva əyalətində “canlı bomba”nın vergi departamentinin binasına hücumu nəticəsində bir həfər ölüb, 23 nəfər isə xəsarət alıb.

Musavat.com xəbər verir ki, bu barədə məlumat “Nation” qəzetində yer alıb. Terror hücumuna görə məsuliyyəti  Talibana yaxın olan “Camaat-ul-Əxrar” qruplaşması öz üzərinə götürüb.

Xəbər verilir ki, “canlı bomba” binaya daxil olaraq, insanlara atəş açmağa başlayıb, sonda isə özünü partladıb. Polisin məlumatına görə, terror hücumunda 8-10 kq partlayıcıdan istifadə olunub.

 
Aygün SƏFƏRLİ
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR