Kremldən Obamanın vida çıxışına irad
Kreml ABŞ Prezidenti Barak Obamanın Moskvanın nüvə silahsızlaşmasını istəməməsi fikri ilə razı deyil.
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Barak Obamanın vida çıxışı barədə danışarkən söyləyib.
“Biz cənab Obamanın bəyanatı ilə razılaşa bilmərik. Rusiya tərəfi həmişə ədalətli nüvə silahsızlaşması prosesini dəstəkləyib. Bu proses qlobal stabillik və təhlükəsizliyi təmin edən nüvə paritetini pozmamalıdır”, – deyə o bildirib.






