İnsanlara hürriyət, millətlərə istiqlal!

Dünyada narkomanlarının sayı

816 23.06.2016 22:22 Dünya A A
Dünyada narkotikin səbəb olduğu xəstəliklərdən əziyyət çəkən insanlıarın sayı 29 milyona çatıb. 

ANS PRESS-in məlumatına görə, bu barədə BMT-nin Narkotiklər və cinayətkarlıq üzrə İdarəsinin hesabatında deyilir. Hesabatda son 6 il ərzində kəskin şəkildə artımın qeydə alındığı bildirilir.

Sənəddə qeyd olunur ki, planetin 5% yaşlı əhalisi-təxminən 250 milyon insan 2014-cü il ərzində heç olmasa 1 dəfə də olsa narkotik maddədən istifadə edib.

"Bundan başqa 12 milyon insan narkotik maddələri iynə vasitəsi ilə qəbul edir ki, onlardan 14% HİV xəstəliyinə yoluxub", - deyə ekspertlər bildirib.

Heroindən aslılığın ən çox yayıldığı yerlər isə Şimali Amerika, Qərbi və mərkəzi Avropadır. BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin hesabatında qeyd olunur ki, bu ərazilərdə yüksək dozalı narkotik maddələrin qəbulundan ölənlərin sayıda həddindən artıq yüksəlib.

"Heroin həddindən artıq insanın ölümünə səbəb olan narkotik maddə olaraq qalmaqdadır. Onun yayılmasına qarşı operativ cavab verilməlidir". Bu  sözləri idarənin rəhbəri Yuri Fedetov bildirib.

Beynəlxalq ekspertlərin məlumatına görə, qadağan edilmiş  digər ən təhlükəli vasitə marixuana olaraq qalır. 2014-cü ildən ondan 250 narkomandan 183 milyonu heç olmasa bir dəfə də olsa istifadə edib. 

BMT-də narahatlıq doğuran digər fakt isə əsasən qərb ölkələrində narkotiklərin ictimai qəbulu artır ki, bu da asılı olan insanların sayının artmasına kömək edir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR