İnsanlara hürriyət, millətlərə istiqlal!

Dubay şirkəti ABŞ-ın Nasdaq birjasındakı payının 30 faizini satır

683 20.03.2024 20:57 İqtisadiyyat A A

Dubay Birjası - Borse Dubai ABŞ-ın birja operatoru Nasdaq Inc-dəki səhmlərinin təxminən üçdə birini satır. Borse Dubai-nin yaydığı açıqlamada, hər birnin qiyməti 59 dollar olmaqla cəmi 27 milyon səhm satacağını bildirib. Bu, şirkətə təxminən 1,6 milyard dollar cəlb etməyə imkan verəcək.

Dubay Birjası hazırda Nasdaq-ın ən böyük səhmdarıdır. Müqavilə bağlandıqdan sonra o, Amerika şirkətinin səhmlərinin 10,8 faizinə sahib olacaq. Beləliklə, ən böyük səhmdarlar siyahısında ikinci yerə düşəcək. Financial Times qeyd edir ki, birincilik Nasdaq-ın 12,5 faizinə sahib olan özəl kapital fondu Thoma Bravo-ya keçəcək.
Borse Dubai-yə məxsus Nasdaq səhmlərinin satışının təşkilatçıları 30 gün ərzində investorlara birja operatorunun əlavə 4 milyon qiymətli kağızını təklif edəcəklər.
Dubay Birjası Nasdaq səhmlərini Borse Dubai Qrupunda kapital strukturunu yaxşılaşdırmaq və likvidliyi artırmaq üçün satdığını deyir: “Biz Nasdaq-ın uzunmüddətli səhmdarı olaraq qalırıq".

Borse Dubay 2007-ci ildə Nasdaq-ın 20 faiz səhmini əldə etmişdi.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR