İnsanlara hürriyət, millətlərə istiqlal!

“Dövlət sahibkarlıq fəaliyyəti ilə məşğul olmamaldıır” - deputat

444 23.04.2024 19:53 Siyasət A A

Deputat, Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev parlamentin bu gün keçirilən plenar iclasında “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” qanunun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı çıxış edib.

Musavat.com-un xəbərinə görə, o bildirib ki, bu, meqalayihədir və təcrübədən çıxış eləməliyik:

“Bilirik ki, Qaradağ rayonunda belə bir layihə ilə bağlı dövlət bankından da bir milyarddan artıq vəsait götürüldü. Və o vəsait faktiki surətdə dağıdıldı və indi də həmin yarımçıq tikili gözdağı kimi qalıb orada. Ona görə də belə meqalayihələr üçün süni torpaq sahəsi yaradılır, sonra üzərində tikinti işləri aparılacaq. Hesab edirəm ki, biz, 4.3-cü maddədə qeyd olunur ki, süni torpaq sahəsi yaratmaq üçün hansı sənədlər təqdim olunmalıdır. O sənədlərin sırasına daxil edilməlidir ki, müraciət edən şəxs özünün maliyyə durumu barədə arayış və tikintinin smeta xərcləri barədə məlumat daxil edilməlidir”.

Deputat ikinci məqama diqqət çəkərək deyib ki, bank zəmanəti olmalıdır:

“Hesab edirəm ki, bu bank dövlət bankı ola bilməz. Ona görə ki, biz, gələcəkdə biz, dövlət bankını özəlləşdirməyə də çıxara bilərik. Və o zaman özəl kommersiya bankının rəhbəri heç ümumiyyətlə o öhdəliklərdən imtina edə bilər. Deyər ki, tutaq ki, bu avantürist layihədir, mən niyə bu layihəni maliyyələşdirməliyəm. Ona görə də dövlətin payı olan bankların və fondların bu cür layihələrin maliyyələşdirilməsinə qanunvericiliklə qadağa qoyulmalıdır. İkincisi bu sənədlər təqdim olunandan sonra artıq müəyyən ekspertiza işlərinin aparılması üçün ilkin müvafiq icra hakimiyyəti orqanının razılığı olmalıdır. Bu razılıq da ona görə lazımdır ki, qeyd elədiyim kimi həmin müvafiq fiziki, yaxud hüquqi şəxsin müvafiq dövlət orqanlarına müraciət etmək üçün əlində hansısa sənəd olsun. Yoxsa özü gedib deyə bilməz ki, dövlətin istənilən bir ərazisində-dəniz suları da dövlətin ərazisidir-mən gəlmişəm, mənim üçün ekspertiza keçirin. Yəni mən hesab edirəm ki, burada məntiq də yoxdur. Düşünürəm ki, niyə maliyyə sənədləri, smeta xərcləri təqdim olunmalıdır?

Biz bundan sonra tütün və tütün məmulatları haqqında qanuna dəyişiklik edəcəyik. Orada qeyd edirik ki, 34 milyion manatdan az olmayan məbləğdə investisiya yatıran şəxsə biz, hər hansı tütün məmulatı istehsal edən müəssisə açmağa icazə veririk. Əslində bu inhisarçılıq yaratmaqdır. Bəlkə mən, 5 milyionluq bir fabrik tikəcəyəm. Amma görürsünüz, burada qanunda onu tələb edirik, biri tütün fabriki tikir, deyirik ki, sən 34 milyiondan az vəsait qoya bilmzəsən. Amma o boyda süni ada yaradılır və onun üzərində də dəyəri bəlkə də milyardlarla olan tikinti obyekti tikiləcək?” Q.Həsənquliyev bu barədə komitə iclasında da danışdığını bildirdi: “Şəhərsalma və Arxitektura Komitəsinin məsul şəxslərinə də dedim. Nəsə onlar bu məsələyə çox da diqqətlə yanaşmadılar. Ona görə mən bu məsələni burada bir daha qaldırmağı borc bildim. Bundan başqa mən niyə dövlət banklarının bu işdə iştirak etməməsini heab edirəm? Ümumiyyətlə dövlət banklarının özəlləşdirilməsi məsələsi də gündəmdədir. Konstitusiyanın 59-cu maddəsi Azad sahibkarlıq hüququ adlanır. Konstitusiyanın həmin maddəsinə 11.10.2006-cı ildə dəyişiklik elədik. Həmin dəyişiklikdə qeyd olunur ki, Dövlət sahibkarlıq sahəsində yalnız dövlət maraqlarının, insan həyatının və sağlamlığının müdafiəsi ilə bağlı tənzimləməni həyata keçirir”. Yəni dövlət sahibkarlıq fəaliyyəti ilə məşğul olmamaldıır. Ona görə də mən hesab edirəm ki, burada mütləq qeyd elədiyim məsələlər öz əksini tapmalıdır. Birn də 8.3-cü maddə ilə bağlı təklifim ondan ibarətdir ki, burada qeyd olunur ki, süni torpaq sahəsi yaradılandan sonra o dövlətin mülkiyyətinə keçir. Bu süni yaradılır. Mən öz vəsaitim hesabına süni torpaq sahəsi, ada yaradıram. Burada məntiq hardadır ki, mənim yaratdığımı sonra dövlət deyir ki, sən onu mənim mülkiyyətimə verməlisən”.

E.Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR