İnsanlara hürriyət, millətlərə istiqlal!

Deputatdan səhiyyə ilə bağlı təkliflər

863 23.04.2024 12:33 Sosial A A

Deputat Razi Nurullayev parlamentdəki çıxışında əvvəlcə spiker Sahibə Qafarovaya, parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanova səhiyyə sahəsində qanunvericiliyin yaxşılaşdırılması üçün göstərdikləri səylərə görə təşəkkür edib.

Musavat.com-un xəbərinə görə, Razi Nurullayev bildirib ki, bir ölkədə bir-birini təkrarlayan iki-üç səhiyyə qurumu olmamalıdır:

“Zənnimcə, tam olaraq A-dan Z-yə bütün müalicə, yəni xəstələrlə iş TƏBİB-ə verilməlidir. Müalicə TƏBİB-in işidir. Səhiyyə siyasəti isə Səhiyyə Nazirliyinin. Sevinc hissi ilə qeyd etmək istəyirəm ki, əvvəllər həftədə 20-30 nəfər xəstəliklərin müalicəsinə görə kömək istəyirdi. İndi bu rəqəm 3-4 nəfərdir. Şükürlər olsun ki, ağır ürək əməliyyatları belə sığorta ilə əməliyyat edilir. Minlərlə ürək xəstələri sağlamlığına qovuşub. Digər xəstəliklər də həmçinin. Həm İcbari Tibbi Sığorta Agentliyinə, həm də TƏBİB-ə hörmətimi bildirirəm. Xeyli müsbət irəliləyişlər var. Çatışmayan məsələlər, problemlər də çoxdur və ümid edirəm ki, qarşılıqlı dialoq əsasında onların da həllinə nail ola biləcəyik. Sığortaya daxil olmayan bir çox xəstəliklərin müalicəsində isə əvəzolunmaz xidmət Heydər Əliyev Fonduna məxsusdur. Səhiyyə Nazirliyinin gördüyü işlər çoxdur”.

Deputat əlavə edib ki, səhiyyə siyasətində axsamalar var:

“Birincisi, Səhiyyə Nazirliyi və TƏBİB arasında konkret və ikili yanaşmaya heç bir əsas verməyən vəzifə və səlahiyyət bölgüsü təxirəsalınmadan həyata keçirilməlidir. İkincisi, bütün Azərbaycan bölgələri üzrə səhiyyə siyasəti müəyyənləşməlidir ki, ona görə də səhiyyə xidmətləri göstərilsin. Yas məclislərində olan zaman şahidlik edirəm ki, bəzi yerlədə ürək, bəzi yerlədə onkoloji, bəzi yerlərdə şəkər və buna bənzər xəstəliklər üstünlük təşkil edir. Bunlar araşdırılırmı? Səbəblər nədir? Üç dəqiqə arzində çox az şeyi deyə bilərəm. Amma deyiləsi və danışılası məsələlər həddindən artıq çoxdur. İstərdim ki, xanım sədr, məsləhət bilsəniz, məhz ölkəmizin səhiyyə siyasəti ilə bağlı ictimai dinləmə olsun. Çox vacibdir, ümid edirəm ki, hörmətli Əhliman müəllim bunu daha yaxşı əsaslandıra bilər. Mən sadəcə etdiyim müraciətlər, aldığım məktublar, gördüklərim, yaşadıqlarım və müşahidə etdiklərim əsasında mülahizələr irəli sürürəm”.

E.Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR