İnsanlara hürriyət, millətlərə istiqlal!

Depressiyaya düşən qadın özünü 14-cü mərtəbədən atdı - ANBAAN VİDEO

1452 16.04.2024 17:04 Hadisə A A

Türkiyənin Diyarbəkir şəhərində plazaya gələn qadın 14-cü mərtəbədən özünü ataraq intihar edib.

Musavat.com xəbər verir ki, əldə edilən məlumata görə, 45 yaşlı Ayşegül Değer özünü 14-cü mərtəbədən aşağı atıb.

Təcili yardıma məlumat verildikdən sonra hadisə yerinə təcili yardım və polis qrupları sövq edilib. Təcili yardım işçiləri müayinə zamanı Ayşegül Değerin öldüyünü müəyyən ediblər.

Meyit ekspertiza üçün morqa aparılıb.

Ayşegül Değer adlı müəllimənin ərindən boşandığı və bir uşaq anası olduğu öyrənilib. Onun psixoloji müalicə aldığı və 6 dəfə həyatına son qoymağa cəhd etdiyi öyrənilib.

Hadisə ilə bağlı polisin araşdırması davam edir.

Musavat.com

Diyarbakır'da bunalıma giren kadın kendini 14. kattan boşluğa bıraktı

Diyarbakır'da bunalıma giren kadın kendini 14. kattan boşluğa bıraktı

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR