İnsanlara hürriyət, millətlərə istiqlal!

DƏHŞƏTLİ QƏTL: İngilis dili müəllimi əri tərəfindən güllələnərək ÖLDÜRÜLDÜ

1610 06.05.2024 14:54 Kriminal A A

Türkiyənin Samsun şəhərində dəhşətli qətl hadisəsi baş verib. 

Musavat.com xəbər verir ki, Samsunda orta məktəb müəllimi işləyən 43 yaşlı Səadət Ç. boşanma prosesində olan əri 48 yaşlı Adem Ç. tərəfindən öldürüldü.

19 cinayət qeydi olduğu aşkarlanan qatil ər polis tərəfindən saxlanılıb. Hadisədən sonra Adem Çay cinayət silahı ilə mühafizəçilər tərəfindən yaxalanıb. 

Hadisə dünən gecə saatlarında baş verib. İki uşaq anası olan və orta məktəbdə ingilis dili müəllimi işləyən Səadət Ç. əri tərəfindən evində silahla sinəsindən güllələnib.

Ekspertizadan sonra qadının cəsədi yarılma üçün Samsun Təhsil və Araşdırma Xəstəxanasının morquna aparılıb. 

Faktla bağlı araşdırmalar davam edir. 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR