İnsanlara hürriyət, millətlərə istiqlal!

Ceyhun Sultanov: Qurban Qurbanovun İcraiyyə Komitəsində olmasını istəməzdim - VİDEO

931 03.04.2024 22:06 İdman A A

“AFFA İcraiyyə Komitəsinə seçilənlər arasında məni təəccübləndirən ad olmadı”.

Bunu "İdman Bizdə" verilişinin qonağı olan Azərbaycan millisinin sabiq futbolçusu Ceyhun Sultanov deyib.

44 yaşlı mütəxəssis AFFA-da baş verən dəyişiklikləri şərh edib. O bildirib ki, futbol adamlarının İcraiyyə Komitəsində az təmsil olunacağı gözlənilən idi: “Komitədə kimin təmsil olunacağını bilmirdik. UEFA və FİFA-nın qərarı var ki, strukturda qadın da olmalıdır. Bu, normaldır. İcraiyyə Komitəsində 2 futbol adamı var. Açıq deyəcəm, heç kim məndən inciməsin. Qurban Qurbanovun İcraiyyə Komitəsində olmasını istəməzdim. Çünki gedişatda vəziyyətə görə tənqidlər də olacaq. Qərarlar düzgün verilmədikdə Qurban müəllim tənqid ediləcək. Amma bəlkə də böyük planlı şəkildə bu işə addım atıblar”.

Sultanov vitse-prezident postuna seçilənlərlə bağlı da danışıb: “Vitse-prezidentlərlə bağlı indidən nəsə deyə bilmərəm. Hamısını tanıyıram, hörmətim var, bacarıqlarını bilirəm. Futbolda nə dərəcədə bacarıqlı olacaqlar, onu görəcəyik. Hər şeyi zaman göstərəcək”.

Qeyd edək ki, Sərxan Hacıyev AFFA-nın icraçı vitse-prezidenti, Elşad Nəsirov, Könül Mehtiyeva və Balakişi Qasımov isə vitse-prezidenti vəzifəsinə icra edəcək.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR