İnsanlara hürriyət, millətlərə istiqlal!

Ceyhun Məmmədov: “Dinimiz bizdən buna əməl etməyi tələb edir”

1557 15.07.2022 10:50 KİVDF layihələri A A

 “Qurban bayramına istehza ilə yanaşmaq dinimizə istehza ilə yanaşmaqdır”

Ötən həftə Azərbaycanda Qurban bayramı qeyd olundu. Qurban bayramı ən müqəddəs bayramlardan sayılır. Bütün müsəlman aləmində hər il hicri təqvimi ilə zilhiccə ayının 10-cu günündən başlayır və adətən üç gün davam edir. Mərasimlərdə qoyun, qoç, inək, dana və ya dəvə kəsilir. Qurbandan (niyyətdən asılı olaraq) bir hissə pay göndərilir, digər hissələr isə ehtiyac sahiblərinə paylanır. Hamıya bərabər pay verilir, qurban kəsən özü də bərabər pay götürə bilər. Ənənəyə görə, dilənçi və kasıblar bayram günü ac qalmasınlar deyə, mərasimlərə onlar da dəvət olunurlar.

Bununla belə, bəziləri xüsusilə sosial şəbəkələrdə bu bayramı heyvanlara qarşı “soyqırım günü” kimi qiymətləndirir. Yəni bir çoxları dini bayrama məxsus rituallarımıza qarşı dözümsüzlük nümayiş etdirir, bu isə inancı kəsim arasında ciddi narazılığa səbəb olur. Bəs görəsən,  bu mübahisələrin hər hansı əsası varmı?  

Ceyhun Məmmədov: Azərbaycanda bütün addımlar düşünülmüş şəkildə atılır və  təsadüfi deyil ki, bir neçə ölkə təcrübəmizdən

 Ceyhun Məmmədov 

Milli Məclisin deputatı, İlahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini belə açıqlayıb: “Hər bir cəmiyyətin inkişafı o zaman güclü və möhkəm olur ki, hər kəs bir-birinin etiqadına, bir-birinin dininə, düşüncəsinə hörmətlə yanaşır. Bu məsələdə də insanlar bir-birilərinin yanaşmasına hörmət etməyi bacarmalıdır. Qurban İslam dinində də, hətta İslamdan əvvəlki dinlərdə də mövcud olan bir ənənədir. Dinimizdə şərt qoyulub ki, hər bir imkanı çatan şəxs heyvan kəsməlidir. Bu qoç, ya inək, qoyun da ola bilər. Qurani-Kərimdə də buyurulub ki, hər bir imkanı çatan insan qurban kəssin. Ayrı-ayrı dövlətlərdə də belə yanaşmalar var. Bəzən də bunu ironiya ilə edirlər. Bu, yolverilməzdir, qəbuledilməzdir. Bu, İslamda mövcud bir ritualdır, ənənədir, gücü çatan hər bir müsəlman bunu etməlidir. Heyvanları da yaradan Allahdır. Quranı da nazil edən Allahdır. Allah da buyurub ki, Quran ayinlərini hər bir müsəlman çalışmalıdır ki, yerinə yetirsin. Buna istehza ilə yanaşmaq dinimizə istehza ilə yanaşmaqdır. Bu yolverilməzdir. O ki qaldı Qurbanın hansı formada kəsilməsinə, bəzən insanların buna düzgün yanaşmamalarını görürük. Heyvan kəsərkən ona əziyyət vermək olmaz. Heyvanı kor bıçaqla, başqa heyvanın gözü qarşısında kəsmək olmaz. Belə norma və qaydalar var ki, din bizdən əməl etməyi tələb edir. Türkiyədə də, dünyanın ayrı-ayrı yerlərində buna qarşı çağırışlar olur. Amma bu çağırışlar düzgün deyil. Misal üçün, Qərbdə də, müxtəlif ölkələrdə də heyvanlar kəsilir də, yeyənlər də var, vegeterianlar da var. Amma hamı bir-birinə sayğı ilə yanaşmağı bacarmalıdır. Dinimizdə də bu ənənə var,  ona görə hamı çalışmalıdır bu qaydaları gözləsin".

Əliməmməd Nuriyev: “Yeni şəxslərin məsuliyyətə cəlb olunması gözləniləndir”  - 10.04.2021, Sputnik Azərbaycan

Əliməmməd Nuriyev

Hüquqşünas Əliməmməd Nuriyevin də mövzu ilə bağlı fikirləri diqqət çəkir: “Bu müqəddəs bayramda şahidi olduğum bir hadisə ilə bağlı narahatlığımı bölüşməyi zəruri hesab edirəm. Qurban bayramı ilə əlaqədar onlayn qurban sifarişlərinin təşkilinə görə Kənd Təsərrüfatı Nazirliyinə minnətdarlığımı bildirirəm. Doğrudan da istəyən şəxs onlayn formatda müvafiq ünvanlar üzrə kiçik məbləğdə beh ödəməklə rahat şəkildə qurbanlıq sifariş verir və Qurban  bayramı günləri həmin ünvana gələrək heyvanlar arasından sifarişinə uyğun qurbanlıq heyvanı seçir. Əsas problem, Qurban kəsim yerlərində rəzalətdir. Tam antisanitariya mənzərəsi, kəsilən heyvanların başları, ayaqları, bağırsaqları, dərisi hərəsi bir tərəfə atılıb. Qan hər tərəfə yayılıb. Qəssablar hərə bir formada ( xalatsız və müvafiq geyimlərsiz), müştərilər bilavasitə kəsim yerlərində, azyaşlı uşaqlar bir tərəfdən baxır.  Bilmək  olmur ki, müştəri kimdir, qəssab kimdir və azyaşlı uşaqların burada nə işi var?! Bir çox hallarda hökumətin yaxşı təşəbbüslərinə bəzi təsisatların belə davranışları neqativ münasibətin yaranmasına gətirir”.

Afaq MİRAYİQ

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR