İnsanlara hürriyət, millətlərə istiqlal!

Cəmiyyətdə aqressiv uşaqlar artır - çıxış yolu

722 04.04.2024 08:50 Media A A

Hər şeyi internetin üzərinə atmaq olmaz, çünki... 

“Aprelin 3-də Goranboy rayon Dəliməmmədli şəhər M.Zeynalov adına tam orta məktəbin şagirdləri arasında insident (şagirdlərin bir-birinə xəsarət yetirməsi) yaranıb”. Bu barədə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi açıqlama yayıb.

Goranboy Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində Dəliməmmədli şəhərində yerləşən tam orta məktəbin 11-ci sinif şagirdi A.Seyxova bıçaqla xəsarət yetirən şəxsin sinif yoldaşı U.Tağıyev olması müəyyən edilib.

Bu barədə APA-ya DİN-in mətbuat xidmətinin regional qrupundan bildirilib. Qeyd olunub ki, hazırda araşdırmalar davam etdirilir.

Hadisə barədə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi də açıqlama yayıb.

Bildirilib ki, aprelin 3-də Goranboy rayon Dəliməmmədli şəhər M.Zeynalov adına tam orta məktəbin şagirdləri arasında insident (şagirdlərin bir-birinə xəsarət yetirməsi) yaranıb.

İdarənin və rayon təhsil sektorunun əməkdaşları da təhsil müəssisəsində araşdırma aparıb. 

Bununla yanaşı, hüquq-mühafizə orqanlarına, Elm və Təhsil Nazirliyinin Uşaqların Müdafiəsi İdarəsinə, digər aidiyyəti qurumlara məlumat verilib. Hadisə ilə bağlı araşdırma aparılır. Araşdırmanın nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək.

Yeniyetmələrin son vaxtlar bu cür qəddarlaşmasının bir çox səbəbi var. Ekspertlər bildirir ki, bu qəddarlaşmanı yeniyetmələrin davranışlarında ailə və ətraf ilə münasibətində görmək mümkündür. Burada müxtəlif səbəblər mövcuddur. Daha çox diqqət çəkən məqamlardan biri psixoloji faktordur. Bu gün ailədaxili konfliktlər, boşanmalar həmin ailədə böyüyən yeniyetmələrin psixologiyasına mənfi təsir göstərir. Həmçinin  yeniyetmələrin ifrat dərəcədə informasiya ilə yüklənməsi, internet oyunlarından asılı olması onlarda əhval pozuntusuna, emosiyaların  tez-tez dəyişməsinə gətirib çıxarır. Daha bir məsələ, yeniyetmələrdə zərərli vərdişlərə aludəçilik var və bu da onların psixoloji vəziyyətində təsir edir.

Bəzi yeniyetmələr yeniyetməlik böhranını çox ağır keçirir ki, bu da bir çox hallarda onların təhsildən uzaqlaşmasına, ailə ilə problem yaşamasına, ailə üzvlərinə, ata-anasına qarşı aqressiv davranmasına gətirib çıxarır. Bu cür hallar çoxdur.

Bəs prosesdən çıxış yolu nədədir? Ekspertlər növbədə psixoloji maariflənmə işləri aparılmalıdır. Əgər yeniyetmə yeniyetməlik böhranını ağır keçirirsə, mütləq psixoloji dəstək almalıdır. Həmçinin valideynlər bu işdə aktiv olmalıdır. Əgər valideyn yeniyetmədə hər hansı neqativ davranış müşahidə edərsə, mütləq tədbir görməlidir ki, o problem daha da böyüməsin və böyük fəsadlar yaratmasın. Çox zaman valideynlər yaranmış  problemi gizlədir ki, bu da bəzən böyük faciələrə gətirib çıxara bilir.

Uşaq aqressiyasının qarşısını belə almaq olar

Ekspertlər bildirir ki, uşaqların aqressiv davranışlarının qarşısını almaq üçün bir neçə üsuldan istifadə etmək olar:

Evdə qayda-qanun. Uşaqlara evdəki qayda-qanun öyrədilməyənə qədər onlar bu haqda məlumatsız olurlar. Qaydaları uşaqlara öyrətmək sizin valideynlik vəzifələrinizdən biridir. Körpələr üçün toxunmaq və kəşf etmək maraqlıdır, buna görə də ətrafda uşaqların toxunmasını istəmədiyiniz dəyərli əşyalar varsa, götürün və ya gizlədin. Evin bir hissəsini uşaqların oynaması və kitab oxuya bilməsi üçün ayırmağı nəzərə alın. Uşaqlar hər hansı bir mühüm qaydanı pozduqda, dərhal ona nəyi səhv etdiyini başa salın.?

Uşağı təhdid etməyin. Uşağa “etmə, yoxsa...” demək əvəzinə, müsbət davranışları gücləndirmək və alternativ davranış qaydaları öyrətmək daha səmərəli bir üsuldur. Məsələn, başa salın ki, gələn dəfə qəzəblənəndə, hisslərini sözlərlə ifadə etsin.

Uşağın diqqətini yayındırın. Uşağınıza onu qəzəbləndirən hadisələrə sağlam reaksiya verməyin yollarını öyrədərkən, bəzən onun diqqətini yayındırmaqda pis heç nə yoxdur. Uşağın diqqətini onun sevdiyi şirniyyat və ya oyuncaqla deyil başqa bir mövzuya keçid edərək yayındıra bilərsiniz.

“Özünü idarə et”. Axı onlar hələ bunu bacarmırlar. Unutmayın ki, uşaqlarda özünü idarəetmə bacarığı azdır. Onlara qəzəbləndikdə təpik atmamağı, vurmamağı və dişləməməyi öyrətmək əvəzinə, duyğularını sözlərlə ifadə etməyi öyrətməyiniz lazımdır.

“Bir-birimizi incitmirik”. Oyun yoldaşları ilə mübahisəyə etməyə başlayarsa, uşağınıza diqqətlə nəzarət edin. Kiçik bir fikir ayrılığı yaranıbsa, siz qarışmayın ki, uşaqlar özləri bunu həll etsinlər. Ancaq uşaqlar bir-birinə fiziki xəsarət yetirirsə və siz onlara “dayan” dedikdə buna məhəl qoymurlarsa, müdaxilə edin. Uşaqları kənara çəkin və sakitləşənə qədər ayrı saxlayın. Mübahisə son dərəcə şiddətli olarsa, oyun seansını bitirməli ola bilərsiniz. Onlara aydın şəkildə izah edin ki, “mübahisəni kimin başlaması” önəmli deyil, heç bir mübahisə bir-birilərini incitmək üçün bəhanə ola bilməz.

Dalaşmaq əvəzinə uşağınıza qəti tonda “yox” deyib üzünü çevirməyi, güzəştə getməyi öyrədin. Məsələn, siz uşağınıza fiziki zorakılıqdan daha təsirli və daha mədəni sözlərlə fikir ayrılıqlarını həll etməyi öyrədirsiniz.

“Əla”. Uşağınızın müsbət davranışlarını görəndə, tərifləyin. Onun mehriban və qayğıkeş davranışlarını həmişə tərifləyərək gücləndirin.

Uşağı küncdə saxlamaq. Uşağınızın xoşagəlməz davranışına görə yüngül cəzalandırmaqda pis heç nə yoxdur. Məsələn, onu bir neçə dəqiqəlik küncdə saxlaya bilərsiniz. 

Öz davranışınıza nəzarət edin. Həmişə uşağınızın ətrafında diqqətli olun. Uşağa müsbət davranış öyrətməyin ən yaxşı yollarından biri də öz davranışlarınıza nəzarət etməkdir. Qəzəbinizi sakit, dinc yollarla ifadə etsəniz, ehtimal ki, uşağınız da sizdən nümunə götürəcək.

Güclü olun. Uşağınızın nizam intizamı ilə məşğul olarkən, özünüzü günahkar hiss etməyin və əlbəttə ki, üzr istəməyin. Uşağınız sizin qarışıq hisslər içində olduğunuzu hiss edərsə, özünün haqlı və sizin isə “pis” olduğunuza inanacaq. Uşağınızın təlim-tərbiyəsi ilə məşğul olmaq ən zəruri valideynlik vəzifəsidir və bununla əlaqədar  özünüzü günahkar hiss etmək üçün heç bir səbəb yoxdur. Uşağınız səhv olduqda bunu başa düşməlidir, hərəkətləri üçün məsuliyyət daşımağa  hazır olmalı və nəticələrini qəbul etməyi öyrənməlidir. 

İnternet günahkardır - aqressiyanı körükləyir 

Uşaqdakı aqressivliyin iki əsas səbəbi var: özünə diqqət çəkməyə çalışmaq: Belə uşaqlar böyüklərin diqqətsizliyindən əziyyət çəkirlər. Buna görə də tez-tez ağlayır, qışqırırlar. Onlar diqqət çəkməyin başqa yolunu bilmirlər.İstədiyinə nail olmaq: Məqsədinə çatmaq üçün qışqırmaq tək çıxış yoludur. Onlar istədikləri oyuncağa sahib olmaq, şirniyyat yemək üçün qışqırırlar. Buna görə də belə uşaqlara nəyisə qadağan edəndə onun səbəbini izah edin.

Uşaqlarda aqressivliyə səbəb olan amillər: 

* Uşaqların internetdən çox istifadə etməsi, döyüş oyunları oynaması. 

* Ailədə valideynlərin tez-tez dalaşması, səsini ucaltması. 

* Uşağı döymək, məktəbdə onun üstünə çox getmək. 

* Doğuş zamanı beynin zədələnməsi. 

Uşaqlardakı aqressivliyin səbəbləri və onun aradan qaldırılması: 

Hiperaktiv və aqressiv uşaq: Hərəkətli uşaqda disiplin yaratmaq o qədər də asan deyil. Belə hal qapalı şəraitdə böyüdülən uşaqlarda aşkarlanır. Onlar cəmiyyət içinə çıxanda əsəbi, davakar olurlar. Bu cür uşaqlarla sakit danışmağa çalışın. Onlara səhvlərini özlərinin etiraf etməsini öyrədin. Uşaqda özünəsevgi, başqasına rəhm etmək, böyüklərdən çəkinmək, təbiəti sevmək hisslərini aşılayın.

 

Hazırladı: Sevinc

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR