İnsanlara hürriyət, millətlərə istiqlal!

Canlı əfsanə Flora Kərimovanın doğum günüdür

1235 23.07.2023 14:00 Mədəniyyət A A


Bu gün Xalq artisti, canlı əfsanə Flora Kərimovanın doğum günüdür.

Musavat.com bildirir ki, Xalq artisti 82 yaşını qeyd edir.

Xatırladaq ki, Flora Kərimova 1941-ci ildə Bakı şəhərində anadan olub. O, 1964-cü ildә Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunu bitirib, daha sonra Azərbaycan Dövlət Tibb İnstitutuna qəbul olunub. 1977-ci ildә isə Azərbaycan Dövlət Konservatoriyasını bitirib. 

1983-cü ildən Azərbaycan Teleradio Verilişləri Şirkətinin solistidir. Repertuarında Azərbaycan bəstəkarlarının (Tofiq Quliyev, Emin Sabitoğlu, Elza İbrahimova, Oqtay Rəcəbov, Ramiz Mirişli və b.) mahnıları başlıca yer tutur. Azərbaycan Dövlət Opera və Balet Teatrında Leyli ("Leyli və Məcnun", Ü.Hacıbəyli) partiyasında çıxış edib (1966), "Qanun naminə" (1968) bədii filmində çəkilib.

Flora Kərimova 1992-ci ildə mərhum prezident Əbülfəz Elçibəyin sərəncamı ilə Xalq artisti fəxri adına layiq görülüb. 

Sənətkarın iki övladı var. 

Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR