İnsanlara hürriyət, millətlərə istiqlal!

Buğdanın idxal qiyməti kəskin azalıb, bəs idxalın həcmi niyə düşür?

649 23.04.2024 21:15 İqtisadiyyat A A

Bu ilin yanvar-mart aylarında Azərbaycan xaricdən 48 çilyon 74.16 min dollara 211 966.87 ton buğda idxal edib.

Musavat.com Dövlət Gömrük Komitəsinin rəsmi statistikasına istinadən xəbər verir ki, birinci rübdə idxal olunan buğdanın 1 tonu 226,8 dollara başa gəlib.

Ötən ilin eyni dövründə ölkəyə 108 milyon 758.38 min dollar dəyərində 356 147.07 ton buğda idxal olunmuşdu. Bu isə o deməkdir ki, buğda idxalı həcm baxımından 40,5 faiz, dəyər baxımından 55,8 faiz azalıb.

2023-cü ilin eyni dövründə buğdanın 1 tonunun idxal qiyməti 305,4 dollar təşkil edib. Bu isə məhsulun 25,7 faiz ucuzlaşması deməkdir.

Çox maraqlıdır ki, qiymətin ucuzlaşmasına rəğmən, buğda idxalında həcm baxımından ciddi azalma qeydə alınır. Halbuki normal məntiqlə, qiymətlərin enməsi daha çox məhsul əldə olunmasına imkan verir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR